Ermənistanda hərbi hissədə yanğın: 15 hərbçi öldü

Ermənistandakı hərbi hissələrdən birinin yataqxanasında yanğın baş verib.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, nəticədə 15 hərbi qulluqçu ölüb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan deyib ki, hadisə 19 yanvar gecə saatlarında Azat kəndi ərazisində yaşanıb.

3 hərbçinin vəziyyəti isə ağır olaraq qiymətləndirilib.

KİV-lərin məlumatlarına görə, yanğının söndürülməsinə 5 saat vaxt lazım olub.

Səbəblərin müəyyən edilməsi istiqamətində araşdırm aparılır.