Avropada böhran böyüyür

Operativtv.com Rasthaber -ə istinadən xəbər verir ki, son aylarda iqtisadi vəziyyətə etiraz olaraq müxtəlif sektorlarda ardıcıl tətillərə səhnə olan Fransa indi yüz minlərlə işçinin iştirakı ilə böyük tətillə üz-üzədir. Fransa mediası hesab edir ki, 550.000-750.000 nəfər Fransa prezidenti Emmanuel Macron hökumətinin mübahisəli pensiya islahatlarına etiraz etmək üçün ümummilli tətillərə qatılacaq.

  Fransa mətbuatının hesablamalarına görə, ölkənin müxtəlif şəhərlərində, əsasən “Paris”, “Marsel”, “Lion”, “Tuluza”, “Lill” və “Nant” şəhərlərində 221 etiraz aksiyası keçiriləcək. Təkcə Fransa paytaxtında keçiriləcək mitinqlərə 80 min insanın qatılacağı gözlənilir.

Xatırladaq ki, son aylarda Fransa və Böyük Britaniya yaşayış şəraiti, inflyasiya böhranı, yaşayış dəyəri və səhiyyə sektorunda böhranlar kimi səbəblərdən dəfələrlə etiraz və tətillərə şahid olurlar.