Türkiyə səfirliyi önündə keçirilən aksiyada ABŞ əleyhinə şüarlar səsləndi
Bakıda Türkiyə səfirliyinin qarşısında Amerikaya qarşı, türk iqtisadiyyatına dəstək aksiyası keçirilib.
“Anadolu” agentliyinin məlumatına görə, aksiyanı Bakı Müharibə Veteranları Şurası və “Osmanlı intibahı” Xalq Hərəkatının üzvləri təşkil ediblər.
Türkiyə və Azərbaycan bayraqları, həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təsvirini başı üzərində qaldırmış aksiya iştirakçıları “Yaşasın Türkiyə, Yaşasın Ərdoğan”, “Dollarları yandırın”, “Türkiyə-Azərbaycan” şüarları səsləndiriblər.
Aksiya iştirakçılarından olan Məhərrəm İsmayılov Türkiyənin Rəcəb Tayyib Ərdoğanın prezidentliyi ilə dünyanın ən güclü ölkələrindən birinə çevrildiyini deyib:
“Bu gün Türkiyənin yanında Azərbaycan, Pakistan, Qətər və Orta Asiya ölkələri qardaş kimi dayanıb. ABŞ 15 iyulda çevrilişə cəhd etmək istədi, alınmadı. Pisliklər etdi, olmadı. İndi də iqtisadi krizis yaşatmaq istəyir. Azərbaycan xalqının qəlbi hər zaman Türkiyə ilə bir vurur. Biz həqiqətən bir millət, iki dövlətik. Türkiyənin kədəri bizimdir. Türkiyənin yanında olmaq bizüm üçün qürurdur”.
İştirakçılardan Nazim Acalov isə deyib ki, ABŞ və ona yaxın olan bəzi kapitalist ölkələr Türkiyənin bölgədə artan siyasi və iqtisadi nüfuzuna zərər vermək üçün sanksiyalar tətbiq edir: “Biz buna etiraz edirik. Heç kimsə Türkiyənin qüdrətinə əngəl ola bilməz”.
İştirakçılar həmçinin Türkiyəyə dost ölkələri dollardan imtina etməyə və türk lirəsi ilə hesablaşmalara keçməyə, həmçinin türk mallarını almağa səsləyiblər. Aksiya zamanı etiraz əlaməti olaraq, ABŞ dollarları da yandırılıb.
Bakıda Türkiyəyə dəstək olaraq ''dollar yandırma'' aksiyası keçirilib - Video

Oxşar xəbərlər