Bakı və Mahaçqala arasında sürət qatarı işləyəcək

Mahaçqala və Bakı arasında Dərbənd vasitəsilə sürət qatarının işə salınması məsələsinə baxılır. Bu, Sankt-Peterburq və Helsinki arasında hərəkət edən yüksək sürətli qatar prinsipi üzrə həyata keçiriləcək. Bu barədə çərşənbə axşamı Dağıstan başçısı Vladimir Vasilyev "Valday" beynəlxalq diskussiya klubunda bildirib.

Onun sözlərinə görə, bu məsələ Dərbənd və sərhəd zonasına səfər zamanı iki ölkənin müvafiq nazirlərinin iştirakı ilə müzakirə olunub. Hazırda məsələ üzərində iş gedir.