Moskva-Bakı mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var

Rusiyanın Stavropol diyarı ərazisində 3 avtomobil toqquşub. 
 
TASS agentliyinin verdiyi xəbərə görə, qəza bu gün, iyulun 20-i səhər saatlarında Qafqaz federal magistralının hava limanına dönən istiqamətində baş verib.
 
Moskva-Bakı marşrutu üzrə hərəkət edən "Mercedes” markalı mikroavtobus "Ford”  və "VAZ 2110” markalı minik avtomobilləri ilə toqquşub. Hadisə zamanı mikroavtobusda 11 nəfər, "Ford”da 3 nəfər, "VAZ 2110” markalı avtomobildə isə 2 nəfər olub. Nəticədə 13 nəfər xəsarət alıb. Onlardan 8-i Azərbaycan vətəndaşıdır. Bütün yaralılar xəstəxanaya yerləşdirilib. Bir qadının vəziyyəti ağır, digərlərinin durumu isə stabildir.
 
Zərərçəkənlərə lazımi tibbi yardım göstərilir.