Sabirabad rayonunda sənişin mikroavtobusu qəzaya düşüb.
"Report” xəbər verir ki, hadisə fevralın 22-də rayonun Qaratəpə kəndi ərazisində baş verib.
Belə ki, "Ford" markalı sərnişin mikroavtobusu yük maşını ilə toqquşub. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 1-i ölüb, 4-ü ağır bədən xəsarətləri alıb.
Hadisə zamanı Beyləqan rayonunun Dünyamalılar kənd sakini, 1975-ci il təvəllüdlü Fuad Hidayət oğlu Şükürov hadisə yerində ölüb.
Yaralılar:
1975-ci il təvəllüdlü Orucov Kənan Əli oğlu,
1962-ciil təvəllüdlü Rzayev Nadir Əsgər oğlu,
1997-ci il təvəllüdlü Quliyeva Səidə Əşrəf qızı,
Yaralılar Sabirabad Rayon və Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan birinin şəxsiyyətini hələlik müəyyən etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Sabirabadda mikroavtobus qəzaya düşüb, ölən var
Oxşar xəbərlər