Bakıda avtobus qəzası: 1 ölü və 10-dan çox yaralı var

Bu gün səhər saatlarında Qaradağ rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədoavanın Modern.az-a veriyi məlumata görə, xəsarət alanlardan 1 nəfər qadın xəstəxanaya çatdırılmadan hadisə yerində dünyasını dəyişib.

7 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər Respublika Kliniki Xəstəxanasına, 2 nəfər Ələtdəki poliklinikada yardım alıb, xəsarətləri ağır olmayıb. 3 nəfərə hadisə yerində ilkin yardım göstərilib.

Bakı Nəqliyyat Agentliyi paytaxtda baş verən avtobus qəzası ilə rəsmi məlumat yayıb.

Məlumatda bildirilib ki, bu gün səhər saatlarında Bakı-Qazax avtomagistralının 21-ci kilometrliyində 90-OJ-802 DQN yük maşını 10-TF-383 DQN sərnişin avtobusuna çırpılıb. Hadisə zamanı ölən və yaralananlar var. Qəzanın yük maşınının sürücüsünün təqsiri üzündən baş verdiyi bildirilib.
 

***

Saat 09:28

Bakı Nəqliyyat agentliyindən (BNA) verilən məlumata görə, yük maşını 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan avtobusa arxadan çırpılıb.

Nəticədə, avtobus aşıb. Xəsarət alanlar barədə bir qədər sonra məlumat veriləcək. Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hazırda hadisə yerindədir.