Bakı və Abşeronun bəzi ərazilərində su kəsiləcək

Bu gün Bakının Binəqədi, eləcə də Abşeron rayonunun Saray və Ceyranbatan qəsəbələrinə içməli suyun verilməsinə məhdudiyyət olacaq.

Bu barədə  “Azərsu” ASC-dən bildirilib.

Məlumatda deyilir ki, suyun kəsilməsi magistral su xəttində aparılan yenidənqurma işləri ilə əlaqədardır. 

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.