Abşeronun bir hissəsində işıq kəsiləcək

Abşeron rayonunun bir hissəsində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Bu barədə Oxu.Az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

“Bağlar ETSİ-nin 35/6 kV-luq 91 saylı yarımstansiyadan çıxan Mehdiabad-1,2 EVX-də və 35/6 kV-luq 143 saylı yarımstansiyada təmir işləri ilə əlaqədar olaraq yanvarın 9-u saat 10:00-dan 14:30-a qədər Mehdiabad və Saray qəsəbələrinin bəzi ərazilərində, Qurd Dərəsi, Corat bağlarında elektrik enerjisinn verilişində qısa müddətli fasilələr yaranacaq”, - deyə ASC rəsmisi qeyd edib.