Bakının Suraxanı rayon ərazisində suyun verilməsində problemlər yaşanır.
Bu barədə Toplum.Tv-yə sakinlər məlumat veriblər.
Onların sözlərinə görə, rayonun Hövsan, Əmircan və Qaraçuxur qəsəbələrində iki gündür ki, işməli su kəsilib.
"Azərsu" ASC-dən isə Toplum.Tv-yə bildiriblər ki, problem suyun təzyiqi ilə bağlıdır.
Qurumdan gün ərzində problemin həll olunacağı bildirilsə də, konkret vaxt deyilməyib.
Sakinlər isə tez-tez belə problemlə üzləşdiyini deyiblər.
212 mindən çox əhalisi olan rayon iki gündür susuz qalıb
Oxşar xəbərlər