Fundamental hüquq – təhsil almaq hüququnun məktəbli geyimi, dünyəviliyə zidd adı altında məhdudlaşdırılması dünyanın çox məşhur “dünyəvilik” hüquqlarının fəal müdafiəçisi olan təşkilatlar tərəfindən də bəyənilmədi. Hicabı dünyəviliyə zidd aksesuar olaraq təqdim etməklə beynəlxalq aləmdə bu addıma haqlılıq donu geyindirməyə çalışan rejimə insan hüquq təşkilatları YOX dedi.
Artıq həftələrdir təhsil müəssisələrindən məcburi uzaqlaşdırılan minlərlə hicablı qız uşaqlarının haqlı etirazı ölkə daxilində dinindən, irqindən, siyasi baxışından asılı olmayaraq, hər kəsin diqqətində olan günün ən aktual məsələləri sırasında qalmaqda davam edir. Hakimiyyətdən maddi asılı olan təbəqə istisna olmaqla, bütünlükdə qərarın pislənilməsi hələ də rəsmilərin məsələyə aydınlıq gətirməməsinin əsas səbəbi olaraq qalmaqdadır.
Bununla paralel, Bosniya, Brüssel, London, Berlin, Ankara, Beyrut, İstanbul, İran, Gürcüstan, Kanada, Rusiya, Belçika və sair ölkələrdə Azərbaycandakı hicablı qızlara dəstək olaraq aksiyalar keçirilməsi məsələnin beynəlxalq müstəvidə də hicabın dünyəviliyin ziddi deyil, baş örtüyünü təhsilə qadağa predmeti olaraq Azərbaycan hakimiyyətinin təqdimatı ciddi tənqid hədəfinə alındı.
Hətta Beynəlxalq İnsan Hüquqları Təşkilatı “Human Rights Watch”, “Amnesty International” belə Azərbaycan hakimiyyətindən orta məktəblərdə hicabla bağlı qadağanı aradan qaldırmağa çağıraraq, hicabı məhdudlaşdırmaq üçün dünyəvilik çətiri altında gizlənməyi rədd etdi. Onlar belə, insan üçün xüsusi əhəmiyyət daşıyan təhsil hüququnu qadağalayan bu qərarın təhsilə maneə olaraq qoyulmasını yolverilməz hesab etdi.
Dünyəvilik deyincə, gündəlik həyat tərzinə bağlı məktəblinin baş örtüyünün dünyəvi təhsil sistemində hər hansı bir dəyişiklik yarada bilməyəcəyi çox bəsit və aydın ifadə olunaraq, bu günün təhsil məhdudiyyətinə məruz qalan hicablıların dünyəvilik deyil, hüquqsuzluğun qurbanı olaraq cəzalanması bu işin yeganə həqiqətidir.
Təhsil müəssisələrində hicab qadağası; rəsmilərin susduğu, dünyanın isə etiraz etdiyi həqiqət

Oxşar xəbərlər