İsrail və HƏMAS arasında müharibə 100-cü gününə çatdı; tarixin qısa xronologiyası

Ən az 24 min fələstinlinin həyatını itirdiyi İsrail ilə Həmas arasındakı müharibənin zaman çərçivəsi hansı görüntünü yaradır?

Oktyabrın 7-də səhər saatlarında HƏMAS-ın İsrailə qarşı başlatdığı hücumlar və bunun ardınca İsrailin cavab tədbirləri həyata keçirməsi ilə başlayan müharibə 100-cü gününü başa vurub.

Ən azı 24 min fələstinlinin həyatını itirdiyi İsrail və Həmas arasındakı müharibənin xronologiyası:

7 oktyabr 2023: Həmas tərəfindən İsrailə hücum

HƏMAS Qəzzadan İsrail tərəfindən işğal etdiyi öz ərazisinə daxil olaraq qəfil hücum həyata keçirib. İsrailin məlumatına görə, hücumda 1200 nəfər həlak olub, 240 nəfər girov götürülüb.

İsrailin baş naziri Benyamin Netanyahu bütün fələstinliləri Qəzzanı tərk etməyə çağırıb. HƏMAS-ın sığınacaqlarını “xarabalığa çevirəcəklərini” vəd edən Netanyahu “qara günün qisasını alacaqlarını” bildirib. Netanyahu, "Həmasın gizləndiyi bütün bu yerləri xarabalığa çevirəcəyik. Qəzza xalqına səslənirəm: İndi oradan çıxın, çünki bütün gücümüzlə hər yerdə hərəkətə keçəcəyik" deyib.

13 oktyabr: Fələstinlilərin cənuba məcburi köçü başlayır

İsraildən evakuasiya qərarı 2,3 milyon insanın yaşadığı Qəzzada cənuba doğru köçə səbəb olub. Yüz minlərlə qəzzalı evlərini tərk etməyə başladı. Amma İsrail hərbi qüvvələrinin irəliləməsi ilə paralel olaraq dünyanın müxtəlif yerlərindən insanlar küçələrə çıxaraq İsrail qətliamına etiraza qalxdılar.

Birləşmiş Millətlər Təşkilatı və humanitar təşkilatlar ardıcıl bəyanatlarında İsrail administrasiyasının 40 kilometr uzunluğundakı sahil şəhərini tam mühasirəyə alması və bu qədər sürətli köçün (məcburi evakuasiya) təsvir olunmaz humanitar iztirablara səbəb olacağı barədə xəbərdarlıq ediblər.

17 oktyabr: Əş-Şifa xəstəxanası bombalandı

ABŞ prezidenti Co Baydenin İsrailə səfəri öncəsi HƏMAS və İsrail arasında qarşıdurmaların şiddətləndiyi bir vaxtda Qəzzada Əş-Şifa xəstəxanasına edilən hücum yüzlərlə fələstinlinin ölümünə səbəb oldu.  HƏMAS yüzlərlə insanın öldüyünü bildirərək partlayışı İsrailin hava hücumu ilə əlaqələndirərkən, İsrail partlayışın Fələstin raketinin təsadüfən atılması nəticəsində baş verdiyini iddia edib. Bu iddia sonradan Vaşinqton tərəfindən dəstəklənib.

21 oktyabr: Humanitar yardım tranziti başlayır

Qəzzaya göndərilən humanitar yardımın Rəfah qapısından tranzitinə başlanılıb. Misirdən gələn yardım karvanları blokadada olan 2,3 milyon insana ərzaq və tibbi ləvazimat çatdırmaq üçün Qəzzaya daxil olub.

Elektrik, su və qidaya çıxışın tamamilə məhdudlaşdırıldığı Qəzzada İsrailin ağır bombardmanları nəticəsində çox sayda insanın ölməsi və yaralanması səbəbindən tibbi ləvazimat çatışmazlığı da yaşanır. Türkiyə Qəzza zolağındakı mülki şəxslər üçün Misirə humanitar yardım da göndərib.

27 oktyabr: İsrailin Qəzzanın mərkəzi hissəsinə hücumu

İsrail ordusu cümə günü səhər tezdən Qəzza zolağının mərkəzi hissəsində HƏMAS hədəflərinə qarşı reyd keçirdiyini açıqlayıb. HƏMAS hədəfləri döyüş təyyarələri tərəfindən vurulmağa davam edərkən, İsrail ordusu yerdə hədəfli reydlər keçirməyə başlayıb.

Gecə Qəzzaya şimaldan girərək hücuma keçən İsrail bu dəfə mərkəzi hissədə “hədəfli basqın” həyata keçirdiyini açıqlayıb. Qeyd edilib ki, pilotsuz təyyarələrlə dəstəklənən əsgərlər basqından sonra heç bir xəsarət almadan Fələstin ərazisindən geri çəkilib.

15 noyabr: İsrail ordusu Əl Şifa xəstəxanasına daxil oldu

İsrail əsgərləri bir neçə günlük mühasirədən sonra Qəzza şəhərindəki Əl-Şifa xəstəxanasına daxil olublar. Əməliyyat zamanı Qəzzanın ən böyük sağlamlıq kompleksində hələ də yüzlərlə xəstə və yaralı olduğu deyilir.

İsraillilər xəstəxananın HƏMAS döyüşçülərinin yeraltı qərargahlarını gizlətmək üçün istifadə edildiyini iddia ediblər. Xəstəxana rəhbərliyi bu iddiaları təkzib edib. İsrail ordusu xəstəxananın altında olduğunu iddia etdiyi tunelin görüntülərini media ilə paylaşıb.

21 Noyabr: Dörd gün ərzində toqquşmalar dayandırıldı

İsrail hökuməti və HƏMAS, İsraildə saxlanılan 150 fələstinlinin müqabilində Qəzzada saxlanılan 50 israilli girovu azad etmək və mühasirəyə alınan əraziyə humanitar yardımın daxil olmasına icazə vermək üçün döyüş əməliyyatlarında dörd günlük fasiləyə razılaşıb.

İsrailin baş naziri Benyamin Netanyahunun ofisindən verilən açıqlamada 4 gün ərzində 50 qadın və uşağın mərhələli şəkildə azad ediləcəyi və bu müddət ərzində qarşıdurmaların dayandırılacağı bildirilib. Atəşkəs ümumilikdə bir həftə uzadılıb. 105 girov və təxminən 240 fələstinli məhbus azad edilib. Lakin dekabrın 1-də müharibə yenidən başladı.

12 dekabr: Bayden: İsrail beynəlxalq dəstəyi itirir

ABŞ prezidenti Co Bayden bəyan edib ki, İsrailin Qəzzanı “seçimsiz bombalaması” beynəlxalq dəstəyi itirib. Bu, İsrailin ən yaxın müttəfiqi olan ABŞ-ın ritorikasında açıq-aşkar dəyişikliyə səbəb oldu. Sonrakı həftələrdə ABŞ-ın bir neçə yüksək rütbəli rəsmisi də İsraili mülki insanları qorumaq və Həmas liderlərinə qarşı daha məqsədyönlü tədbirlər görməyə çağırıb.

15 dekabr: Üç israilli girov "təsadüfən" öldürüldü

Təl-Əviv Qəzza zolağında quru əməliyyatı zamanı üç israilli girovun “təsadüfən” öldürüldüyünü açıqlayıb.  "Toqquşmalar zamanı ordu səhvən üç israilli girovu təhdid kimi tanıyıb. Nəticədə əsgərlər onlara atəş açıb və onlar öldürülüb", - İsrail rəsmləri bildirib.

1 yanvar 2024: İsrail ordusu əsgərlərini geri çəkməyə başlayır

İsrail ordusu ən azı iki briqadadan ibarət ehtiyat əsgərlərin evlərinə göndəriləcəyini və üç briqadanın təlim üçün geri çağırılacağını açıqlayıb. İsrail ordusunun sözçüsü Daniel Hagari deyib ki, bəzi əsgərlərin evə göndərilməsi “müharibənin bitməsi demək deyil”. O, bildirib ki, ehtiyatda olan əsgərlərdən bəziləri il ərzində yenidən xidmətə çağırıla bilər.

11 yanvar: ABŞ və Böyük Britaniyanın Yəmənə hücumu

Birləşmiş Ştatlar və Böyük Britaniya Yəməndəki husilərin mövqelərinə havadan və dənizdən hücum edib. Husi səlahiyyətliləri hücumlarda indiyədək 5 nəfərin öldüyünü, 6 nəfərin yaralandığını açıqlayıb.

Husilər İsrailin Qəzzaya hücumları davam etdikcə Qırmızı dənizdəki ticarət gəmilərini hədəf almağa davam edəcəklərini və hücumlarının “Fələstinlilərlə həmrəylik” üçün olduğunu bəyan edirlər.

11 yanvar: İsrailin Qəzzada "soyqırım" törətməsi ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində iş başlayıb

Haaqa Beynəlxalq Ədalət Məhkəməsində (ICJ) 7 oktyabr hücumlarından sonra İsrailin Qəzzada apardığı müharibədə soyqırım törətdiyi iddiası ilə Cənubi Afrikanın açdığı iddianın ilkin dinləmələri başlayıb. İsrail ittihamları rədd edib.