“İran həmişə Yəmən xalqının iradəsini dəstəkləyir”

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Yəmənin nümayəndəsi, Ənsarullah sözçüsü Məhəmməd Əbdülsəlam ilə görüşündə İranın hər zaman Yəmən xalqının iradəsini dəstəklədiyini bildirib.

Yəmən Milli Azadlıq Hökumətinin sözçüsü və danışıqlar qrupunun rəhbəri Məhəmməd Əbdülsəlam Tehrana səfəri zamanı İranın xarici işlər naziri ilə görüşüb. Bu görüşdə Əmir Abdullahian İran İslam Respublikasının Yəməndə sülhə dəstək verdiyini elan edərək, Yəmən və Səudiyyə Ərəbistanı arasında danışıqların gedişatından məmnunluğunu ifadə edib və İranın hər zaman Yəmən xalqının iradəsini dəstəklədiyini vurğulayıb.

İranın xarici işlər naziri Ənsarullahın məzlum Fələstin xalqını dəstəkləməkdə güclü və möhkəm mövqeyini yüksək qiymətləndirib və bununla bağlı minnətdarlığını bildirib.

Bu görüşdə həm də Milli Qurtuluş Hökumətinin danışıqlar qrupunun rəhbəri olan Əbdülsəlam İranın müqavimət cəbhəsinə davamlı siyasi dəstəyini yüksək qiymətləndirib və İranın xarici işlər nazirini Yəməndəki son sülh hadisələri barədə məlumatlandırıb.