06 June 2025

CHP-dən olan 5 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb

Türkiyənin İstanbul və Adana vilayətlərində müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) olan 5 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb. 

Türkiyənin Daxili İşlər Nazirliyi müvafiq qərarı iyunun 5-də qəbul edib. 

Qərara əsasən, İstanbulun Avcılar, Böyükçəkməcə və Qaziosmanpaşa, Adananın Ceyhan və Seyhan rayonlarının bələdiyyə sədrləri vəzifələrindən müvəqqəti uzaqlaşdırılıb. 

Ənsarullah lideri müsəlmanların İsrailin cinayətlərinə qarşı səssizliyini pisləyib

Yəmən Ənsarullah Hərəkatının lideri bu il Qurban bayramının, Fələstin xalqının Sionist rejimin ABŞ-ın ortaqlığı və müsəlmanların səssizliyi fonunda həyata keçirdiyi soyqırım cinayətləri ilə dünyanın daha əvvəl görmədiyi bir fəlakətin içində qarşılandığını bildirib.

Braziliya millisi Ançelottinin rəhbərliyi altında ilk oyunda qalib gələ bilməyib

Braziliya millisi Karlo Ançelottinin rəhbərliyi altında ilk matçına çıxıb.

Komanda DÇ-2026-nın Cənubi Amerika üzrə seçmə mərhələsində Ekvador yığması ilə qarşılaşıb.

Matç 0:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, İtaliyalı mütəxəssisin rəhbərlik etdiyi kollektiv hazırda turnir cədvəlində 10 komanda arasında 22 xalla 4-cü yerdədir.

Tramp "Şimal axını 2"nin tikintisinə son qoyduğunu bildirib

ABŞ Prezidenti Donald Tramp deyib ki, “Şimal axını 2” qaz kəmərinə məhz o, son qoyub.

Bunu o, Ağ evdə Almaniyanın yeni kansleri Fridrix Mertslə ilk görüşü zamanı deyib.

Tramp əlavə edib ki, ilk prezidentlik müddətinin sonunda onu ABŞ-nin keçmiş lideri Cozef Bayden əvəz edəndə sələfinin hərəkətlərini dərhal bəyənib.

Mask Trampın impiçmentini istəyir

Amerikalı sahibkar İlon Mask ABŞ prezidenti Donald Trampın impiçmenti ideyasını dəstəkləyib.

Bu barədə o, X sosial şəbəkəsində yazıb.

“Bəli”, – Mask platformanın istifadəçilərindən birinin respublikaçının hakimiyyətdən uzaqlaşdırılmasını və onun vitse-prezidenti Cey Di Venslə əvəzlənməsi təklifinə cavabında bildirib.

İsrailin Qəzzadakı xəstəxanaya hücumu nəticəsində 3 jurnalist həlak olub

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) İsrail-Həmas müharibəsinin başlamasından bu yana İsrailin Qəzzaya hücumları nəticəsində 180-dən çox jurnalistin öldürüldüyünü açıqlayıb.

İsrailin Qəzzada Əl-Əhli xəstəxanasının həyətinə hücumu nəticəsində həlak olan beş fələstinli arasında üç jurnalist də var. HƏMAS-ın idarə etdiyi Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, hücumda 6 nəfər də yaralanıb.

Rusiya kəşfiyyatı: Böyük Britaniya Gürcüstanda etirazçılara təlim keçir

Rusiyanın Xarici Kəşfiyyat Xidməti (SVR) Böyük Britaniyanı Gürcüstanda etirazçılara polislə toqquşmaq və daxili qeyri-sabitliyə yönəlmiş təxribat hərəkətləri etmək üçün təlim keçməkdə ittiham edib.

Rusiyanın Xarici Kəşfiyyat Xidməti (SVR) Böyük Britaniyanı Gürcüstanda etiraz aksiyaları zamanı polislə toqquşmaq üçün “fəal” qruplar hazırlamaqda və daxili sabitliyi pozmağa yönəlmiş təxribat aktları hazırlamaqda ittiham edib.

İsrail Livana hücum edib

İsrail Livana hücum edib.

İsrail ordusu yaydığı yazılı açıqlamada, Dahiye bölgəsində Hizbullah-a məxsus pilotsuz uçuş aparatları (PUA) istehsalı ilə məşğul olan müəssisələrin yerləşdiyini iddia etdiyi məntəqələrə hava hücumları həyata keçirdiyini bildirib.

İspaniya finalda Portuqaliyanın rəqibi olub

Bu gün UEFA Millətlər Liqasında finalın adı bəlli olub.

Yarımfinalda İspaniya yığması Fransa ilə qarşılaşıb.

Görüşə saat 23:00-da start verilib. Matçı Maykl Oliver idarə edib.

Gərgin keçən matçda azarkeşlər 9 qola şahidlik ediblər. İspaniya millisi rəqibini 5:4 hesabı ilə məğlub edərək adını final mərhələsinə yazdırıb və Portuqaliyanın rəqibi olub.

Bu il Hacca nə qədər zəvvar gəlib?

2025-ci ildə Hacc ziyarətinə gələn zəvvarların sayını açıqlayıb.

Bu barədə Səudiyyə Ərəbistanının Baş Statistika İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, 1446-cı il hicri ilində Məscidül-Həramı ziyarət etmək üçün gələnlərin sayı 1 673 230 nəfər təşkil edib ki, onların da 1 506 576 nəfəri xaricdən gələn, 166 654 ölkə daxilindən olan (vətəndaşlar və ölkədə yaşayış icazəsi olanlar) zəvvarlardır.