25 April 2025

AFFA Əli Hüseynovu 5 oyunluq cəzalandırdı

AFFA futzal üzrə Yüksək Liqada çıxış edən "Neftçi" İK-nın məşqçisi Əli Hüseynovu 5 oyunluq cəzalandırıb.

Bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar çıxarılıb.

Buna XV turda baş tutan "Neftçi" İK – "Baku Fire" matçının fasiləsində məşqçinin təhqiredici, qeyri-etik ifadələr işlətmək və ya jestlərdən istifadə səbəbindən birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılması səbəb olub. Nəticədə o, 5 oyunluq diskvalifikasiya edilib.

ABŞ Yəmənə 6 hava hücumu həyata keçirib

ABŞ hərbi döyüş təyyarələri Yəmənin Marib və Əmran əyalətlərinə 6 ayrı hava hücumu həyata keçirib. Hücumlar bölgədə gərginliyi artırıb.

ABŞ hərbi təyyarələrinin Yəmənin şimalındakı Marib və Əmran əyalətlərini hədəf aldığı bildirilir.

Yerli mənbələrin məlumatına görə, 6 ayrı hava hücumu həyata keçirilib.

Hücumlar zamanı tələfat və dağıntılar barədə rəsmi açıqlama verilməyib.

ABŞ diplomatı: Livan ordusu Hizbullahla döyüşməlidir

ABŞ dövlət katibinin keçmiş müavini David Şenker Livanda “Hizbullah”ı tərksilah etmək üçün ən yaxşı vaxtın indi olduğunu iddia edib. Şenker Livan ordusunun Hizbullahla birbaşa əlaqə saxlamalı olduğunu nəzərdə tutub.

ABŞ prezidenti Donald Trampın birinci dövründə ABŞ dövlət katibinin müavini vəzifəsində çalışmış David Şenker Livanda Hizbullahı tərksilah etmək üçün ən yaxşı vaxtın indi olduğunu deyib.

Tərəflər arasında seçim

Dünyanın şübhəsiz fikir üstünlüyü qorunduğu bu günü iqtisadi nəhəngləridir. Dünənə qədər güc bu mövzuda son nöqtəni qoyurdusa, son illər dünyanın bahalanan həyat tərzi, daha lüks, daha yüksək dünya düzəni böyük iqtisadi, maddi təminatı qaçılmaz edəcəkdi deyə, bu münasibətlərdə iqtisadiyyat ən yüksək nöqtəni tutur.

Bakıda saxta dini təriqət üzvüləri aksiya keçirməyə cəhd ediblər

Özünü “zühur etmiş” şəxs kimi qələmə verən saxta “Sülh və İşıq dini”nin (AROPL) üzvüləri şəhər daxilində aksiya keçirməyə cəhd ediblər. Təriqət üzvü olan Teymur Əliyev və Həsən Cavadov “28 Mall” ticarət mərkəzinin qarşısında 2 metr enində plakat açıblar. Plakatın üzərində Əhmədi Sülh və İşıq dinini (AROPL) təbliğ edən şüarlar, eləcə də “Abdullah Haşim zühur edib” kimi ifadələr yer alıb.

Livanın təhlükəsizlik dairələri Hizbullah və Aunla bağlı iddiaları rədd edib

Prezident Josef Aun və Hizbullah arasında tərksilahla bağlı gizli dialoq iddiaları Livanın təhlükəsizlik dairələri tərəfindən təkzib edilib və onlar yalnız məhdud mesaj mübadiləsinin aparıldığını bildiriblər.

Livanın Vaşinqtondakı səfirliyində Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının yaz toplantılarında iştirak edən Livan nümayəndə heyətinin şərəfinə təşkil olunan qəbulda Yaxın Şərq üzrə xüsusi nümayəndənin müavini Morqan Ortaqus çıxış edib.

Həzrət Ayətullah Xamenei: Qəzza və Livan xalqları İmamların (ə) xətti ilə hərəkət edirlər

İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei İmam Sadiqin (ə) şəhadəti üçün keçirilən əzadarlıq mərasimində çıxışı zamanı deyib: Qəzzə və Livan xalqı əslində öz müqaviməti ilə İmamların (ə) xətti ilə hərəkət edir.

Ayətullah Xamenei İmam Sadiqin (ə) şəhadəti üçün keçirilən əzadarlıq mərasimində çıxışı zamanı deyib: "İmamların (ə) yolu qətiyyət və düzlükdür. İmamların dərsi məntiq dərsidir. Qəzzə və Livan xalqı da əslində öz müqaviməti ilə İmamların xəttinə uyğun hərəkət edir.”

İsrailə silah embarqosu!

Hökumət soyqırım törədən İsrail şirkəti ilə silah müqaviləsini ləğv etdiyini açıqladı.

İspaniya soyqırım törədən İsrail şirkəti ilə silah müqaviləsini ləğv etdiyini açıqlayıb.

İspaniya hökuməti Fələstinə dəstək məqsədilə İsrailin bir silah şirkəti ilə 6,8 milyon avro dəyərində silah alqı-satqı müqaviləsini birtərəfli qaydada ləğv etdiyini açıqlayıb.

Ayətullah Vəhid Xorasaninin iştirakı ilə İmam Cəfər Sadiqin (ə) şəhadəti ilə əlaqədar tədbir keçirilib

Aprelin 24-də İranın Qum şəhərində İmam Cəfər Sadiqin (ə) şəhadət günü münasibəti ilə hər il olduğu kimi əzadarlıq mərasimi keçirilib. Şiə dünyasının aparıcı dini rəhbərlərindən olan Ayətullah Hüseyn Vəhid Xorasaninin təşəbbüsü ilə təşkil edilən tədbir bu dəfə də əzəmətlə qeyd edilib. Minlərlə insanın qatıldığı mərasim Vəhid Xorasaninin evindən başlayaraq Xanım Məsumənin (s.ə.) hərəminə yürüşlə yekunlaşıb.

Yeni dəmir yolu layihəsi - Orta Dəhlizə daha bir çıxış

Çin-Qırğızıstan-Özbəkistan yeni dəmir yolu marşrutunun yaradılması layihəsi Orta Dəhliz çərçivəsində Türkmənistan, Azərbaycan, Türkiyə və daha sonra Avropaya çıxışı təmin edə bilər.

Bunu "GLENMAR Group"un təşkil etdiyi "Xəzər və Mərkəzi Asiya neft treydingi və logistikası Forumu" çərçivəsində Qırğızıstan Dəmir Yollarının baş direktoru Azamat Sakiyev jurnalistlərə açıqlamasında bildirib.

İsrailin Qəzza zolağına hücumları nəticəsində azı 60 fələstinli həlak olub

Son sutka ərzində İsrail Ordusunun Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində azı 60 fələstinli həyatını itirib, 150-dən çox insan yaralanıb.
Bu barədə Qətərin "Al Jazeera" telekanalı Fələstin anklavının Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb.

Telekanalın təqdim etdiyi məlumatlara görə, İsrailin hücumları əsasən Qəzzanın mərkəzi hissəsini hədəfə alıb və həlak olanların sayı artmaqda davam edir – çünki İsrail Müdafiə Ordusu zərbələrini dayandırmayıb.

"Trabzonspor" finalda

Futbol üzrə Türkiyə Kubokunda ikinci finalçı məlum olub.

Yarımfinal oyununda "Trabzonspor" və "Göztəpə" komandaları üz-üzə gəlib. Görüş Qara dəniz təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da adını finala yazdıran "bordo mavililər" Qalatasaray"la qarşılaşacaq.