26 April 2024

Azərbaycan cüdoçusu finala yüksəldi

Azərbaycan cüdoçusu Hidayət Heydərov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finala gedən yolda moldovalı Adil Osmanovla qarşılaşıb.

Rəqibinə qızıl xal bölümündə qalib gələn H. Heydərov həlledici görüşə vəsiqə qazanıb. O, finalda Danil Lavrentev (AIN) – Con-Benjamin Qaba (Fransa) cütünün qalibi ilə üz-üzə gələcək.

Ölüm pəncəsində can verən məhbuslar; Laqeydlik qurbanları

Pentensiar xidmətin ölüm kameralarına dönən işgəncə otaqları neçə-neçə məhbusun həyatına son qoyduğunu bir Allah bilir. Ən kiçik etirazlar elə hakimiyyətsayağı sərt cəzalanma metodu ilə məhbusları elə işgəncə ilə baş-başa qoyur ki, bu digər məhbuslara göz dağı olduğu kimi etiraz edənlərə də ömürlük zədə, sağalmaz yara və ya ölüm möhrü vurur. 

Hökm verən, icra edən və məlumatı gizlədən eyni əllə idarə olunduğundan istənilən etiraz nəticəsiz olaraq mövzu elə dəmir qapılar arxasında da qapadılır.

Bəxtiyar Hacıyev Ülviyyə Alovlunu yalan ifadə verməkdə ittiham edib

Cümə günü ictimai fəal və hüquq müdafiəçisi Bəxtiyar Hacıyevin işi üzrə məhkəmə prosesində zərərçəkmiş tərəf - jurnalist Ülviyyə Muradova (Alovlu) ifadə verib.

Hacıyev əvvəlcə Muradova ilə aralarında olan insidentlə əlaqədar həbs olunub. Bu gün o, ibtidari istintaq zamanı verdiyi Hacıyevin ona qarşı  xuliqanlıq etdiyi haqqında ifadələrini təkrar edib.

Əl-Sinvar Qəzzada münaqişə bölgələrinə gedərək müqavimət qüvvələri ilə görüşüb

HƏMAS hərəkatından bir mənbə Yəhya əs-Sinvarın Qəzzada müqavimət qüvvələri ilə görüşdüyünü elan edib və İsrail rejim mediası bu hadisəni rejim və döyüş kabinetinin uğursuzluğu kimi qiymətləndirib.

Fələstin İslami Müqavimət Hərəkatının HƏMAS liderlərindən biri bildirib ki, HƏMAS hərəkatının Qəzzada lideri Yəhya əs-Sinvar bu yaxınlarda müqavimət qüvvələri ilə işğalçı rejim ordusu arasında qarşıdurma bölgələrinə səfər edib və bu hərəkatın bəzi qüvvələri ilə görüşüb.

Qəssam Briqadalarından İsrailə zərbə

Qəssam Briqadaları Qəzza şəhərinin qərbində 15 İsrail əsgərini öldürdüklərini açıqlayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İsrail rejiminin Fələstin və Qəzza zolağında qırğın hücumları aramsız davam edərkən, Qəssam Briqadaları sionistlərə qarşı əməliyyatları ilə bağlı bəyanat yayıblar.

Qəssam Briqadaları yazılı açıqlamada bildirib:

“Amnesty International”: Azərbaycanda siyasi məhbusların sayı iki dəfə artıb

“Amnesty International” beynəlxalq insan haqları təşkilatı “Dünyada insan haqlarının vəziyyəti 2024” adlı illik hesabatını yayımlayıb.

Hesabat 2023-cü il ərzində 155 ölkədə insan haqları ilə bağlı narahatlıqları, qlobal və regional səviyyələrdə problemləri ələ alır və gələcək üçün nəticələrini proqnozlaşdırır.

"Siti" darmadağınla qalib gəldi

İngiltərə Premyer Liqasında 29-cu turdan təxirə salınmış bir oyun keçirilib. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, “Mançester Siti” səfərdə “Brayton”un qonağı olub. Matç qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb.  

"Brayton” - “Mançester Siti” - 0:4
Qollar: Kevin de Bruyne, 17, Fil Foden, 26, 34, Yulian Alvarez, 62