ABŞ Yəmən “Ənsarullah”ına “bazarlıq” təklif edir?

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, ABŞ vasitəçilər vasitəsilə yəmənli husiləri Qəzzaya dəstək məqsədilə Qırmızı dənizdə ticarət gəmilərinə hücumları dayandırmağa razı salmaq istəyir.

Bu açıqlama ilə “Ənsarallah” hərəkatının ali siyasi şurasının rəhbəri Mehdi əl-Məşət çıxış edib.

“İndi amerikalılar alçaldılıb və vasitəçilər vasitəsilə bizi Qəzzanı dəstəkləmək qərarından imtina etməyə inandırırlar, lakin biz onların təkliflərini dinimizə, dəyərlərimizə və prinsiplərimizə zidd olduğu üçün rədd edirik”, -deyə yəmənli siyasətçi bildirib.

O ABŞ-ın “bazarlıq” üçün nə təklif etdiyini açıqlamayıb.