Yəmən mənbələri: Əl-Qaidə lideri vəfat edib

Yəmən xəbər mənbələri 2020-ci ildən Əl-Qaidə terror təşkilatının Yəmən qolunun rəhbəri olan Xalid bin Ömər Bətrafinin öldüyünü və onun yerinə Saad bin Atif əl Övlakinin gətirildiyini açıqlayıb.

Bu qurumun xəbər mənbələri qruplaşma başçısının niyə öldüyünü açıqlamasa da, bəzi mənbələr onun ölüm səbəbini xəstəlik kimi izah ediblər. Yəmənin istefa vermiş hökuməti bu şəxsin hökumət qüvvələrinin hücumları nəticəsində öldürüldüyünü iddia edib.

Bətrafi 2010-cu ildə bu terror təşkilatına qoşulan və Yəmənin Əbyen əyalətindən Əl-Qaidəyə rəhbərlik edən mühüm Əl-Qaidə fiqurlarından biri idi.