Türkiyənin Ramazan yardımları Marneulidə ehtiyaclı ailələrə çatdırılıb

 Diyanət İşləri Başqanlığı (DİB) və Türkiyə Diyanət Vəqfi (TDV) tərəfindən hazırlanan Ramazan yardım paketləri Gürcüstanda ehtiyacı olan ailələrə çatdırılıb.
Gürcüstanda ehtiyacı olanlara Ramazan bağlamalarının paylanması mərasimi Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Marneulidəki qərargahında keçirilib.
Mərasimdə Türkiyənin Tbilisidəki səfirliyinin diyanət işləri üzrə müşaviri Mahmud Göl, Şərqi Gürcüstan Müsəlmanları Müftisi Etibar Eminov və digər türkiyəli rəsmilər iştirak ediblər.
Təxminən 1300 ailəyə yardım bağlamaları çatdırılacaq
Marneulidə yüzlərlə ailəyə yardım paketlərinin paylanmasından sonra danışan Göl Türkiyənin Gürcüstanda ehtiyacı olanlara kömək etməyə davam etdiyini qeyd edib.
Ramazan ayında Marneulidən başqa Batumi və ölkənin digər şəhər və bölgələrində ehtiyacı olan insanlara yardım çatdıracaqlarını ifadə edən Göl, “Gürcüstana 1300-ə yaxın bağlama göndərildi. Onu rayonlarda ictimaiyyətə çatdıracağıq. Bu gün biz Marneuli şəhərindəyik. İnşallah, yaxın günlərdə Batumi və onun bölgələrində olacağıq”. – deyə bildirib.
Göl yardım paketləri alan insanlara türk xalqının salamlarını çatdırdıqlarını qeyd edərək “İnşallah bu fəaliyyətimiz iki ölkə xalqları arasında qardaşlıq, birlik və həmrəyliyin inkişafına və möhkəmlənməsinə dəstək olacaq.”, – əlavə edib.
Batumi və Tblisidə məscidlərdə də iftar süfrəsi açmağa davam etdiklərini bildirən Göl, əməkdaşlıqlarına görə Gürcüstan Müsəlmanları İdarəsinin rəsmilərinə təşəkkür edib.

 

Az.shafaqna.com