Səhhətində ciddi problemlər olan Ceyhun Balaşovun növbəti məhkəməsi keçirilib

Beyin şişi xəstəliyindən əziyyət çəkən MBH üzvü Ceyhun Balaşovun məhkəməsi davam edib. Fevralın 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Hüseynovun sədrliyi ilə keçən iclasda vəkil Rəsul Cəfərov şıxış edib. Son söz alan vəkil, bütün məhkəmə boyu iddia olunan narkotiklərlə bağlı iddiaların yetərli əsaslarla sübuta yetmədiyinə diqqət çəkib. O, eyni halda müvəkkilinin bir inanclı olaraq həyat tərzi ilə əsla uzlaşmayan cinayət işində narkoloji nəticələri də hakimin diqqətinə çatdırıb. Ardınca isə vəkil, Ceyhun Balaşovun səhhətindəki problemləri bir daha sadalayaraq Balaşovun barəsində qərar verilən zaman bütün bunların nəzərə alınmasını istəyib.
Məhkəmə son qərarı növbəti iclasa qədər ertələyib. Növbəti məhkəmə iclası 15 fevral saat 17:10-a qədər təxirə saxlınıb.
C.Balaşovu bu il fevralın 2-də Beyləqan rayon Polis Şöbəsinin əməkdaşları saxlayıb. Balaşov Cinayət Məcəlləsinin 234.4.3 (Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma - külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.
İyulun 11-də virtual məhkəmə iclasından sonra 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan C.Balaşovun səhhətində ciddi problemlər yaranıb və o, iyunun 14-də vəziyyətinin ağırlaşması səbəbindən Pentesiar Xidmətin Müalicə Mərkəzinə köçürülüb. Mərkəzdə olduğu zaman Balaşov, istintaq təcridxanasında dəhşətli işgəncələrə məruz qalma səbəbindən vəziyyətinin belə ağır hala gəlməsini ailəsinə bildirib. Sonrakı dövrlərdə bir çox müalicələrə baxmayaraq Ceyhun Balaşovun səhhətində hər hansı bir irəliləyişə nail olunmayıb. Bu səbəbdən Lənkəran Ağır Cinayətlər Məhkəməsi avqustun 23-də C.Balaşovun vəziyyətinə görə onun polis nəzarətinə verilməsi ilə bağlı qərar qəbul edib. Bundan sonra C. Balaşov Bakı Sağlamlıq Mərkəzinə köçürülüb. Bir müddət o, xəstəxanadan süni nəfəs aparatına qoşulmuş vəziyyətdə qalaraq zəruri tibbi yardım alıb.
Ardınca Ceyhun amblator müalicə üçün evə buraxılıb. Lakin bununla belə o, bu gün də səhhəti ilə bağlı problemlər yaşamaqdadır. Hətta sərbəst yeriyə bilməyən inanclı məhkəməyə belə çəliklə , ailəsinin yardımı ilə gəlib.
Xatırladaq ki, 2023-cü ilin gəlişi ilə inanclıların kütləvi həbsləri gerçəkləşən gündəmdə İran-Azərbaycan münasibətlərinin gərginləşməsi səbəb olaraq göstərilirdi. Hüquq müdafiəçilərinin məlumatına görə həbs edilən inanclıları sayı mindən artıqdır ki, onların içində ruhanilərin sayı 50-dən artıqdır.