Şeyx Sərdar qapalı tipli cəzaçəkmə rejiminə keçiriləcək

47 gündür köçürüldüyü 7 saylı CÇM-də karserdə saxlanılan ilahiyyatçı Şeyx Sərdar Hacıhəsənli qapalı tipli cəzaçəkmə rejiminə keçiriləcək. Bu barədə məlumatı ruhaninin vəkili Elçin Sadiqov bildirib. Sosial media üzərindən paylaşım edən vəkil bildirib ki, martın 12 də 7 saylı müəssisədə Şeyx Sərdarla görüşüb. Görüş zamanı Şeyx Sərdar bildirdi ki, 04 mart 2024-cü il tarixdə onun vertual məhkəməsi baş tutub və barəsində bir il müdətinə həbsxana qapalı tipli cəzaçəkmə rejiminə keçirilməsi qərarı qəbul edilib.

 Qərarla bağlı apellyasiya verəcəyini bildirən vəkil, Şeyx Sərdarla bağlı davranışların da təhqid edib. Belə ki, o, Şeyx Sərdarın soyuqdan üşüdüyü halda ona gödəkçəsinin verilməməsi, eyni halda eynəyinin ondan alınmasını tənqid edib.