Şeyx Sərdar Hacıhəsənlinin növbəti məhkəməsi keçirilib

"İran işi" ilə bağlı şərlənərək həbs edilən siyasi məhbus Şeyx Sərdar Hacihəsənliyə qarşı sifarişli qanunsuzluq va ədalətsizlik davam etdirilir.
İyun ayının 5-də Bakı Apellyasiya Məhkəməsində saxta ittihamla şərlənərək 17 il azadlıqdan məhrum edilən və hazırda cəzasının 1 ilini Umbakı qəsəbəsində yerləşən qapalı tipli cəzaçəkmə müəssisəsində çəkməyə məhkum edilmiş ruhani Şeyx Sərdar Hacıhəsənlinin məhkəməsi keçirilib.
Vəkil Elçin Sadıqov açıqlamasında bildirib ki, hakim Elmar Rəhimovun sədrliyi ilə Xətayi Rayon məhkəməsinin 29 aprel 2024-cü il tarixli qərarından şikayətlə bağlı keçirilən iclasda işin inzibati məhkəməyə qaytarılması ilə bağlı qərar qəbul edilib.
Qeyd edək ki, 7 saylı cəzaçəkmə müəssisəsinin rəisinin Şeyx Sərdar Hacıhəsənlini qanunsuz olaraq karsda saxlamaqla bağlı Xətai rayon məhkəməsinə müraciət olunmuşdu. Məhkəmə isə şikayəti rədd edərək bununla bağlı 4 mart tarixində münasibət bildirdiyini əsas gətirmişdi.
Vəkil E.Sadıqov onu da qeyd edib ki, Apellyasiya məhkəməsinin çıxardığı qərar da qanunsuzdur. Çünki cəzaçəkmə müəssisələrinin özü inzibati orqanlar sırasına daxil deyil və onun hazırkı iş üzrə qəbul elədiyi qərar inzibati qərar ola bilməz. Həmin qərarlar cəzaların icrası ilə bağlıdır və tənzimlənir şikayət vermə qaydası həm Cəzaların İcrası Məcəlləsi və Cinayət Prosessual Məcəlləsinin 513, 520-ci maddələri ilə tənzimlənir.
"Biz bundan ali məhkəməyə şikayət verəcəyik əgər Ali məhkəmə də bu qanunsuzluğu qüvvədə saxlasa inzibati məhkəməyə müraciət edəcəyik."
 
 
 
 
Maide.Az