Şaxta vurmuş Ərəb baharı

Amerikanın proksi qüvvəsi olan İsrailin Yaxın Şərqdə yaratdığı cəhənnəmin fonunda Trampın səfəri gözlənilən idi. Qərb üçün strateji əhəmiyyətə malik Yaxın Şərq layihəsi, İslam dünyası - ərəb dövlətlərini Ərəb Baharından sonra növbəti dəfə silkələməli, qorxu və sədaqətini nümayiş etdirməli idi. Birmənalıdır ki, İsrailin cəzasız mühitdə törətdiyi soyqırım siyasəti təkcə Qəzzə ilə yekunlaşmır. Bu isə öz növbəsində digər ərəb dövlətlərini də xilaskar axtarışında öz təhlükəsizliklərinə bir daha diqqəti artırır.
Ərəb Baharı bəzi ərəb dövlətləri arasında ümumi düşüncənin ortaq nöqtə olaraq göründüyü zamanda çox məharətlə oynalılan oyun idi. Nəticəsi vəd edilən bahardan daha çox şaxta-boranlı qış gətirən bu layihə ərəb dünyasının əsarət zəncirini bir az da ağırlaşdırdı.
Aradan ötən 15 ildən artıq bir zaman növbəti ümid cücərtisində eyni ssenaridə oynamaq xüsusi məharət tələb edir. Bu dəfə proksi İsrail Amerikanın planı əsasında ərəb dünyasında dəhşət və vahimə yaratmaqla bu dövlətlərin də ərazi iddialarını səsləndirərək gah xəritə nümayişi, gah da açıq tətdidi bu narahatlğı durmadan artırdı.
Bəllidir ki, Amerika güclü və idarəçilikdə qətiyyətli bir İsrailin olmasına yol verməyəcək. İsrail Yaxın Şərqin “qüdrətli dövləti”nə çevriləcəyi halda ABŞ əsarətini rədd edəcəyi gün kimi aydındır. Ona görə də Amerika onu yalnız lazım olan qədər və lazım olan ölçüdə istifadə edəcək deyə İsrailin bu ərazilərin sahiblənməsi məntiqli görünmür.
Amma İsrail ərəb dövlətlərində yaradacağı qorxu və vahimə ilə onları Amerika kimi “xilaskarın” ayaqları altına ataraq heç zaman yaxınlaşma, birləşmə və ərəb dünyasının müqəddəratını həll etmə kimi fikirlərin beyinlərinin kənarından belə keçirilməsinə imkan verməyərək onları növbəti dəfə müti halına gətirməsi üçün əlindən gələni edir.
Nəticə Trampın gözlənilən səfərində tam çılpaqlığı ilə özünü göstərdi. Bu təkcə trilyonlarla dollar həcmində bağlanılan müqavilələr deyil, eyni halda ərəb dövlətlərini əsarət zəncirində sədaqət nümayişi olaraq görmək marağında təzahür edirdi.
Bir zamanlar “Ərəb Baharı 1” ilə başlayan siyasi gərişmə bu gün “Ərəb Baharı 2” layihəsi ilə növbəti fazaya qədəm qoyur. İtaətkar Səduiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri kimi dövlətlər əslində Misir, İordaniya, Suriya, Livana “sığınacaq” nöqtəsini göstərməklə bu vəziyyətdə minimum itkisiz baxışı təqdim edirlər.
Şübhəsiz bu Yəmən Husiləri ilə bağlanılan razılıq və Fars körfəzini “İran körfəzi” adlandırmaqla Trampın verdiyi mesajlar, İsrailin soyqırımı siyasəti fonunda icra edilir.
Yaxın Şərqin idarəçilik gücü Amerikanın okeandan bu tərəfə mövcud olması üçün ən zəruri məsələdir. Bunun üçün o, ərəb dövlətləri arasında soyuq münasibətləri qorumalı, onları qorxu altında saxlamalı və heç bir vəchlə onların bir zaman İslam İmperiyasını quran İslam əqidəsinə sahib olduqlarını anlamağa yol verməməlidir. Trampın bu son səfərinin strateji əsasları da məhz buna hesablanıb.
Müəllifin məqalələri: