Qələbə mütləqdir. 1-ci hissə

Dünən atılan sürətli addımlar bu gün tam hücum mövqeyinə çevrilib. Sanki növbəti mərhələyə keçid üçün bütün qüvvələr son zərbələrini endirməyə hazırdır. Bu prosesdə ən kiçik element belə strateji əhəmiyyət daşıdığı üçün eyni səhnə müxtəlif hədəflərdə dəfələrlə təkrar olunur.
Hakim dairələrin qəti şəkildə rədd etdiyi, lakin ölkənin anti-islam hərəkatı tərəfindən ssenariləşdirilmiş oyunlar şiə əqidəsini hədəfə almaqda davam edir. Müxtəlif planların uğursuzluğu nəticəsində yeni təzyiq və qorxu mexanizmləri işə salınıb; cəmiyyətin dini düşüncəsi öz məcrasından çıxarılmaq istənir.
Başlanğıcda inanclıların şərlənməsi ilə sürət qazanan bu oyunun mahiyyəti tək bir həqiqəti göstərir: sekulyarlaşmanın qarşısını alan yeganə qüvvə – şiə əqidəsi – xalqın milli kimliyindən uzaqlaşdırılmaq planına sinə gərir.
Şiə inancı, İmamət xəttinə bağlı dinin əsas sipəridir. İmamət anlayışı isə Peyğəmbərimizdən (s) sonra ümməti ona bağlayan ən mühüm körpüdür. Bu körpünü qırmaq üçün hazırlanmış bütün planlar əslində dinin əsaslarını bidətlərlə dəyişdirməyə, İslamı istənilən formalara salmağa hesablanmışdı. Lakin şiəlik bu oyunu ifşa etdi.
İlk addım Peyğəmbəri (s) ümmətə bağlayan sünnəni hədəfə almaq oldu. Hələ Allah Rəsulunun (s) kəfəni soyulmamış, onun hədislərinin toplanmasına qərar verildi. Bu cəmiyyətə “sünnənin qorunması və tətbiqi” kimi təqdim olundu və böyük maraq yaratdı. Nəticədə saysız-hesabsız hədislər qələmə alındı.
Ardınca planın ikinci mərhələsi icra edildi: toplanan hədislər yandırıldı, yeni hədis yazmaq istəyənlər isə sərt cəzalarla qarşı-qarşıya qaldı. Həqiqətən də hədis yazmaq tam qadağan edilməmişdi; lakin müəyyən şəxslərin diktəsi ilə təhrif olunmuş hədislər, Əbu Hureyrə kimi ravilərin qələmi ilə yayılaraq Peyğəmbərə (s) nisbət verilməyə başlandı.
Bu iş tamamlanmamış, “müqəddəs adlar” uydurularaq İslam dünyasına yeni “söz sahibləri” təqdim edildi. Beləcə, bir çox hədis ravisinin kimliyi və etibarlılığı ciddi şübhə altına düşdü.
Bəllidir ki, belə bir şəraitdə imperiyalar quran Müaviyələr, qumarbaz Yəzidlər İslam adından hökmranlıq etmək və dini düşüncəyə rəhbərlik etmək fürsəti qazanacaqdılar. Əgər Allahın iradəsi ilə həqiqi din qoruyucuları bu xaosun qarşısını almasaydı, dinin taleyi təhlükə altına düşəcəkdi.
Aydın məsələdir ki, bu oyunlara cavab yalnız Rəsulullahla (s) birgə yaşamış, onun hər addımını müşahidə etmiş, söz və əməllərinə ən yaxın şahid olan şəxslərdən gələ bilərdi. Bu da Peyğəmbərin (s) Əhli-beyti (ə) idi.
1-ci hissənin sonu.
Müəllifin məqalələri: