Rusiya müstəqil ödəniş sistemi yaratmağa çalışacaq

Operativtv.com Azshafaqna.com-a istinadən xəbərinə görə, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov TASS agentliyinə müsahibəsində bildirib ki, BRİKS rəqəmsal valyutalar əsasında müstəqil ödəniş sistemi yaratmağa çalışacaq.

“Biz inanırıq ki, gələcək üçün mühüm məqsəd BRİKS çərçivəsində rəqəmsal valyutalar və blokçeyn kimi ən müasir texnologiyalara əsaslanacaq müstəqil hesablaşma ödəniş sisteminin yaradılmasıdır”, -deyə Uşakov bildirib.

Uşakov əlavə edib ki, bu sistem üçün əsas tələb onun dövlətlər, əhali və biznes üçün rahatlığı olacaq. Bu, bahalı olmamalıdır, siyasətdən kənarda inkişaf etməlidir.