Qırmızı dənizdə daha bir gəmi hədəfə alındı

İngiltərə Dəniz Ticarət Əməliyyatları (UKMTO) tərəfindən bu gün edilən açıqlamada, Yəmənin Mocha şəhərinin 23 dəniz mili qərbində bir gəminin raketlə vurulduğu və gəminin alovlandığı bildirilib.

Açıqlamada, “Baş verən yanğın ekipaj tərəfindən uğurla söndürülüb. Bütün ekipaj üzvlərinin təhlükəsiz olduğu bildirilir. “Gəmi növbəti limana doğru yoluna davam edir”.

Açıqlamada raketin kimin və haradan atıldığı ilə bağlı araşdırma başlanıldığı, ancaq gəminin adı və ya hansı ölkəyə aid olduğu qeyd edilib.

Qeyd edək ki, Yəmən əvvəlki bəyanatında işğal olunmuş ərazilərin limanlarına gedən İsrail gəmilərinin Oman dənizi və Qırmızı dənizdən keçməsinə icazə verməyəcəyini və bu gəmiləri hədəfə alacağını vurğulamışdı. Yəmən ordusu bu çərçivədə uğurlu əməliyyatlar həyata keçirərək işğal altındakı torpaqların cənub limanlarına külli miqdarda iqtisadi ziyan vurub.

Digər tərəfdən, ABŞ və Böyük Britaniya koalisiyası İsrail rejimin Qəzzada Fələstin xalqına qarşı cinayətlərini açıq şəkildə dəstəkləyib və Qırmızı dənizdə naviqasiyanı dəstəkləmək bəhanəsi ilə dəfələrlə Yəmən ərazisinə hücumlar təşkil edib.