Qırğızıstan rəhbərliyinə sui-qəsd hazırlamaqda şübhəli bilinən 5 azərbaycanlı saxlanıldı

Qırğızıstan rəhbərliyinə sui-qəsd hazırlayan Azərbaycan vətəndaşları saxlanılıb.

Bu barədə Qırğızıstan MTN məlumat yayıb. 

Qeyd olunub ki, əməliyyat tədbirlərinin təşkili zamanı transmilli mütəşəkkil cinayətkar dəstənin üzvü olan 5 Azərbaycan vətəndaşı Qırğızıstan Respublikasının milli təhlükəsizlik orqanları tərəfindən tutulub.

Bu barədə Azərbaycana məlumat verilib.

Saxlanılanlar Əliyev V.M., Bağırov S.A., Əsgərov M.O., Behbudov M.S. və Z.İ. Məmməddovdur. 

Onlar dövlətlərarası axtarışda olan şəxslərdən ibarət mütəşəkkil cinayətkar qrupların qanunsuz fəaliyyətinin aşkarlanması və qarşısının alınması istiqamətində saxlanılıblar: "Daxil olan əməliyyat məlumatlarına əsasən, Əsgərov M.O. kriminal aləmdə kriminal mühiti gücləndirmək və oğru ideologiyasını yaymaq, habelə statusunu artırmaq məqsədi ilə müəyyən edilmiş şərikləri ilə birlikdə Qırğızıstana sui-qəsd təşkil etmək üçün gələn qondarma "oğru" statusuna malikdir. 

 Hazırda onların Qırğızıstan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Unikal.az