Qarabağ Qazisi, inanclı Alik Aslanovun məhkəməsi baş tutub

Fevralın 8-də Qarabağ Qazisi Alik Aslanovun məhkəmə iclası keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Alik Aslanov barəsində CM-nin 234.4.3 (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham aktına baxılıb. Hakim Vüqar Quliyevin sədrliyi ilə baş tutan iclasda hakim ittiham aktını elan edib. Ardınca söz alan Alik Aslanov saxlanılması, narkotikin zorla onun üzərinə qoyulması, ittiham aktında əks olunan saxlanılma zamanı qeyd edilən məqamlar arasıda ziddiyyətlərə diqqət çəkib. O, barəsində başlanan cinayət işinin qurama olduğunu bildirərək ermənilərə qarşı mübarizə aparan bir Azərbaycan əsgərinə dini inancı səbəbindən göstərilən davranışı rəzalət adlandırıb. Hakim bütün bu məsələlərin araşdırılacağını bildirərək, növbəti məhkəmə iclasında şahidlərin iştirakına qədər məhkəməni təxirə salıb.
Məhkəmə iclası 13 mart 12:00-a qədər ertələnib.
Xatırladaq ki, Müsəlman Birliyi Hərəkatının üzvü Alik Aslanov 2023-cü ilin 29 aprel tarixində saxlanılıb. O, şiə inanclılarının kütləvi şəkildə narkotik ittihamı ilə şərlənərək həbs edilməsi çərçivəsində tutulub.
Hələ də davam edən həbslər, sayları mini ötdüyü deyilən inanclıları təmizlənmə siyasəti olaraq gerçəkləşdirilir. Bu sırada ruhanilər də yetərincə saya malikdir.