Qətiyyətlə deyə bilərik ki, cəmiyyətimizdə İmamət mövsuzu ilə tanışlıq və Əhli-Beyt (ə) maarifinə duyulan ehtiyac hər ötən gün özünü daha qabarıq şəkildə büruzə verir. Mövzunun əhəmiyyətini nəzərə alaraq "T.T.Tv" mövzu ilə bağlı ilahiyyatçı Rasim Dəmirovdan müsahibə alıb:
- İmam Muhəmməd Təqinin (ə) şəhadət günlərini yaşayırıq. Bu münasibətlə sizi başda olmaqla, bütün oxuculara təsliyyətimizi bildiririk. İlk sualımız da İmamət barəsindədir. İmamət məfhumu, imamətsiz din, ümumən İmamət İslam dinində hansı əhəmiyyətə malikdir?
- Allahın Rəsulu (s) buyurur:
"مَنْ مَاتَ وَلَمْ يَعْرِفْ إِمَامَ زَمَانِهِ مَاتَ مِيتَةً جَاهِلِيَّةً"
"Kim ki, öz dövrünün imamını tanımadan dünyasını dəyişsə, cahiliyyət ölümü ilə ölmüş olar."
Bu mütəvatir hədis, İslam dinində imamət və hidayət öndərinin tanınmasının nə qədər əhəmiyyətli olduğunu aşkar şəkildə bizə bildirir. Belə ki, hər bir müsəlman üçün öz dövrünün imamını dərk etmək, onun rəhbərliyini qəbul etmək vacibdir. Əks təqdirdə, belə bir şəxsin ölümü, İslamdan əvvəlki cəhalət dövründə küfr içində ölənlərin vəziyyəti qədər dəhşətlidir.
İmamət məsələsi, risalətin davamı və ilahi hidayətin təzahürüdür. Qurani-Kərimdə və Peyğəmbərin (s) sünnəsində bu mövzu dəfələrlə vurğulanmış, ümmətə öz dövrünün imamına itaət etmək əmr olunmuşdur. Bu baxımdan, imamət İslamın əsas sütunlarından biri hesab olunur və onu tanımaq hər bir müsəlman üçün vacibdir.
Beləliklə, həqiqi mənada imanın tamam olması, dövrün İmamını (ə) tanımaqla və onun hidayət yoluna tabe olmaqla mümkündür. Əks halda, insanın imanı nəqis qalar və onun əqidəsi cəhalət zülməti içində itər.
- Bu gün Əhli-beyt İmamlarından (ə) kütlənin lazımınca bəhrələnməsi üçün nə kimi maneələr məhdudiyyət yaradır?
- Tarixin qaranlıq dövrlərindən bəri, Əhli-Beytin (ə) maarifinə qarşı kin və inhisarçılıq hissi ilə mübarizə aparanlar olub. Onlar bilirlər ki, bu işıqlı yolun həqiqəti cəmiyyətə çatsa, zülmün zəncirləri qırılacaq, insanlar qulluqdan azad olacaq.
Bu gün də eyni müqavimət müxtəlif formalarda davam edir. Sosial şəbəkələrdə, informasiya mənbələrində Əhli-Beytin (ə) təliminə qarşı sistemli bir təhrif və təhqir kampaniyası həyata keçirilir. Çünki onlar yaxşı bilirlər ki, bu mərifətə sadiq qalanlar heç bir zalımın qarşısında əyilməz, heç bir batilə bel bağlamazlar.
Kərbəlanın qanı ilə sulanmış bu yolun davamçıları tarix boyu əsassız ittihamların, böhtanların hədəfi olublar. İmamlar (ə) öz dövrlərində həm fiziki, həm də fikri cəhətdən təqib ediliblər. Bu gün isə onların izi ilə gedənlər eyni iftiralarla üzləşirlər. Lakin bilinsin ki, nə qədər qara yaxmağa çalışsalar da, Əhli-Beytin (ə) nuru heç vaxt sönməyəcək!
"Onlar ağacın köklərinə balta vurmaq istəyirlər, bilmirlər ki, kökü göyə çatan bu ağacın hər toxunuşu, yeni cücərtilər yetişdirir..."
- Bunun həlli yollarnı nədə görürsünüz?
- Bu gün aşkar görürük ki, Əhli-Beyt (ə) məktəbinə qarşı sistemli müxalifət güclənib. Bizlərə düşən isə əvvəla özümüz Əhli-Beytin (ə) təlimi ilə həqiqətən tanış olmalı, sonra isə hər birimiz öz növbəsində bu nuru yaymalıyıq.
Hər kəs öz peşəsinə, məkanına və bacarığına görə Əhli-Beyt (ə) maarifini yaymaqda məsuliyyət daşıyır: alimlər elmi dəlillərlə, müəllimlər dərslərində, sənətkarlar peşə mühitində, işçilər əmək yoldaşları qarşısında, evdar qadınlar ailə dairəsində, gənclər isə yaşıdları ilə ünsiyyətdə bu pak təlimi təbliğ etməlidirlər. Xüsusi olaraq qeyd etmək istərdim ki, çağımızda Əhli-Beyt (ə) maarifi və İmamət mövzusunda maarifləndirmə sosial şəbəkələrdə xüsusi əhəmiyyət kəsb edir. Odur ki, mövzunun əhəmiyyətini və bu dərin maarifi cəmiyyətimizə çatdırmaqda hər birimiz sosial şəbəkələrdə maksimum fəallıq nümayiş etdirməliyik, bu sahədə yorulmadan və büdrəmədən fəaliyyət göstərməliyik. Çünki bu müasir minbər Əhli-Beyt (ə) təlimlərini cəmiyyətə çatdırmaq üçün əvəzsiz imkandır.
"Hər kəs öz məkanında bir çıraqdır, birlikdə bu işıqlar zülmətə qalib gələcək."
Əhli-beyt (ə) maarifi və cəmiyyət