Müsəlman Birliyi Hərəkatının üzvü Elşən Rəhimov bu gün (16 may) şərti azadlığa buraxılıb. İnanclı cəzanın 3 hissəsini çəkdikdən sonra qalan 1 hissə ilə bağlı məhkəməyə müraciət edib.
Məhkəmə onun müraciətini dəyərləndirib və E. Rəhimov cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə (cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə) qərarını qəbul edib.
Elşən Rəhimov 17 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
Xatırladaq ki, Rəhimov Elşən Akif oğlu 2023-cü il 31 yanvar tarixində saxlanılmışdı. Narkotiklərlə bağlı ittiham olunan inanclı 2024-cü il 2 fevral tarixində 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Elşən Rəhimov şərti azadlığa buraxılıb