AFFA meydana çıxmayan kluba texniki məğlubiyyət verildi

AFFA U-13 Liqasında çıxış edən Nabran klubuna texniki məğlubiyyət verilib.

Bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Buna səbəb aprelin 26-da baş tutan “Sumqayıt City” ilə matçın komandanın təyin edilən vaxtda meydana çıxmadığına görə baş tutmaması olub. Nəticədə "Nabran" komandası texniki məğlubiyyətlə cəzalandırılıb.