Hizbullah sərhəd divarından hündür gözətçi qüllələri tikib

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, İsrail rejim mətbuatında yer alan xəbərlərə əsasən,  rejim ordusu sədd divarının tikintisini sürətləndirdiyi halda, Livan Hizbullah Hərəkatı şimal sərhədlərində sərhəd divarından daha yüksəkdə nəzarət qüllələri inşa edib. Şutula sakinləri İsrailin 12-ci kanalına bildiriblər ki, Hizbullahın sərhəd yaxınlığında tikilmiş və keçən ay yekunlaşan müşahidə qüllələrindən birinin hündürlüyü 18 metrdir. Bu İsrail ordusunun eyni ərazidə 9 metr hündürlüyündə divar hörməyə çalışmasına alternativdir.

Yedioth Aharonot qəzeti həmçinin bildirib ki, keçən il ordunun sərhəd xəttinin təhlükəsizliyini gücləndirmək səylərinin başlaması ilə eyni vaxtda Hizbullah BMT Təhlükəsizlik Şurasının bu hərəkatın sərhəd qurmaq cəhdini qadağan edən 1701 saylı qətnaməsini pozaraq gözətçi qüllələri tikməyə başlayıb. O, divardan hündür olan 18 metr hündürlüyündə qüllələr tikməyə çalışdığını yazıb.