Nazarbayev fəxri senator titulundan məhrum edilib

Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayev fəxri senator titulundan məhrum edilib.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə “informburo.kz” məlumat yayıb.

Qızı Dariqa Nazarbayeva Senatın sədri olarkən Nursultan Nazarbayevə bu fəxri ad verilib.

Konstitusiya Məhkəməsinin qərarına əsasən, "Birinci Prezident - Elbası haqqında" qanun qüvvədən salınacaq. Konstitusiyadan fəxri senator titulunun çıxarılması səbəbi ilə ölkə parlamentinin reqlamentindən də bu hissə çıxarılıb.