Münasibətlərdə soyuqluq mərhələsini keçə bildik

İranın Azərbaycan Respublikasındakı səfiri yerli mediaya verdiyi müsahibəsində bildirib ki, İran və Azərbaycanın tarixi keçmişi və iki ölkə arasındakı 800 km-lik sərhəd və sərhədlərin iki tərəfində yaşayan xalqlar arasındakı dərin mədəni və emosional əlaqələr problemlərin və anlaşılmazlıqlaırn davamlı olmasına imkan vermir.

İran İslam Respublikasının Azərbaycandakı səfiri Baku TV ilə ətraflı müsahibəsində deyib: İran və Azərbaycan Respublikası arasında ixtilaf yaratmaqda ortaq düşmənlərin, region və regiondan kənar bəzi dövlətlərin və rejimlərin, xüsusilə onların təhlükəsizlik xidmətlərinin əli açıq-aşkar görünür.

“27 yanvar hadisəsi və Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum çox acı, gözlənilməz və təəccüblü idi. Amma bütün sübutlar və iki ölkənin məhkəmə və təhlükəsizlik rəsmilərinin sonrakı səfərləri və hücum edənin etirafı göstərdi ki, bu hərəkət fərdi və şəxsi motivlərlə həyata keçirilib. Bu şəxs tutuldu, mühakimə olundu və ağır cəzaya məhkum edildi.”- səfir deyib.

Seyid Abbas Musəvi İran İslam Respublikasının xarici siyasətinin prinsiplərinə təkid edərək deyib ki, İşğal zamanı İranı Azərbaycan Respublikasının tərəfinə çəkən bu təməl prinsiplərdən biri də işğala və separatizmə qarşı çıxmaqdır.

“Ali Məqamlı Rəhbər istər Azərbaycan ərazilərinin işğalının əvvəlində, istərsə də Birinci Qarabağ və İkinci Qarabağ müharibələri zamanı ölkəmizin birinci şəxsi və Ali Baş Komandan olaraq Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsinə açıq dəstək verib və hökumətdəki və silahlı qüvvələrdəki sistemin digər orqanları da həmişə eyni gündəmi izləmiş və davam etdirmişdir.”- İranın Azərbaycan Respublikasındakı səfiri deyib.

30 ildən artıqdır İranın Naxçıvanı Azərbaycan Respublikasının əsas torpağı ilə birləşdirdiyini xatırladan səfir sonra belə əlavə edib: “indi biz bu marşrutu inkişaf etdirmək və şaxələndirmək niyyətindəyik. Naxçıvanı birləşdirən hava yolu da İran səmasından keçir.”

 

 

SəhərAzəri