Misirin Çavuşoğlunun səfəri ilə bağlı açıqlaması

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Misir Xarici İşlər Nazirliyi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sabah Qahirəyə səfərinin iki ölkə arasında münasibətlərin yenidən qurulmasının başlanğıcı olacağını açıqlayıb.

Çavuşoğlunun Misirə səfəri ilə bağlı Misir Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Əbu Zeyd tərəfindən yazılı açıqlama verilib. “Türkiyə xarici işlər nazirinin Misirə səfəri iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün ikitərəfli münasibətlərin müxtəlif aspektləri, eləcə də ortaq əhəmiyyət kəsb edən regional və beynəlxalq məsələlər üzrə qurulacaq dərin dialoqun başlanğıcıdır (ilk addımdır). "

Bəyanatda səfərin məqsədinin iki ölkənin və iki qardaş xalqın maraqlarını qoruyan ortaq anlaşmaya nail olmaq olduğu bildirilib.

Əbu Zeydin açıqlamasında xarici işlər naziri Çavuşoğlunun misirli həmkarı Samih Şükri ilə ikitərəfli görüşündən sonra iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə hərtərəfli görüşlərin keçiriləcəyi və birgə mətbuat konfransının keçiriləcəyi bildirilib.

Türkiyə Xarici İşlər Nazirliyi bu gün Çavuşoğlunun sabah Misirdə danışıqlar aparacağını açıqlayıb. Nazir Çavuşoğlu 11 ildən sonra Türkiyədən Misirə səfər edən ilk xarici işlər naziri olacaq.