Mirtofiq Hüseynova verilən hökmdən dövlət ittihamçısı protest verib

Martın 6 da Bakı Apellyasiya Məhkəməsində Müsəlman Birliyi Hərəkatının üzvü Mirtofiq Huseynova verilən hökmdən protest üzrə məhkəmə iclası baş tutub. Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən məhkəmə dövlət ittihamçısının protesti əsasında Bakı Ağır Cinayətlər Məhkəməsində Mirtofiq Hüseynova 234.1-1-ci maddəyə uyğun olaraq verilən 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına baxılıb. İlk məhkəmə iclası olaraq prosses tərəflərin işlə tanışlığından sonra martın 13-ü saat 10:30-a qədər ertələnib.
 
Mirtofiq Huseynov 2023-cü il dekabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, CM-nin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddə ilə ittiham olunurdu.
 
Məlumat üçün deyək ki, Mirtofiq Huseynov Azərbaycanda kütləvi həbslərin həyata keçirildiyi ortamda saxlanılıb. 2022-ci il dekabrın 4-də həbs olunan inanclı istintaq dövründə işgəncələrə məruz qalıb. Mirtofiq saxta ifadəyə imza atmağa məcbur edilsə də, inanclı bundan imtina edib. İşgəncə nəticəsində Mirtofiq Huseynovun qarın nahiyəsində yırtıq əmələ gəlib.