Milyonlarla insan İranda İnqilabın ildönümünü qeyd edib

İran İslam İnqilabının 45-ci ildönümü münasibətilə İranda 11 fevral (22 Bəhmən) yürüşləri əhalinin sıx iştirakı ilə baş tutub.

İran İnqilabı Keşikçiləri Korpusuna məxsus raketlər və pilotsuz uçuş aparatları yürüşdə iştirak edənlər üçün Tehranın Azadi meydanında sərgilənib.

Xürrəmşəhr-4 ballistik raketi, Hacı Qasim, Xeyber Şikən, Qiyam, 3-Hordad və 15-Hordad müdafiə sistemləri, Simorg və Safir peyk buraxılış qurğusu, Shahid-136 və Shahid-171, Simorg və Muhacir-6 İHA, Yasin təlim təyyarəsi , Simorg nəqliyyat təyyarələri, Surna və Seba 248 vertolyotları da sərgilənib.

Bundan əlavə, Ares taktiki maşınları bu yürüşdə nümayiş etdirilən digər avadanlıqlar arasında olub.

Uşaq və gənclər səhər saatlarından etibarən İslam İnqilabının 45-ci ildönümü qeyd etmələrində intensiv şəkildə iştirak ediblər. İnqilabın ildönümü münasibətilə uşaq və gənclərin ifasında himnlər səsləndirilib, müxtəlif bədii proqramlar nümayiş olunub.