MBH üzvü Samir Piriyevə hökm oxunub

Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Müsəlman Birliyi Hərəkatının üzvü Piriyev Samir Mübariz oğluna hökm oxuyub. Hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prossesdə Samir Piriyev barəsində CM-nin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham aktına baxılıb.

Məhkəmədə şahidlərin dindirilməsindən sonra son qərarı elan edib. Hakim E. Məmmədov ittihama uyğun dəlil sübutların olmaması səbəbindən narkotiklərə aid maddəni 234.4.3-dən 234.1-1-ə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) tövsif edərək Samir Piriyevi 4 il müddətinə azadlıqdan məhrum edib.

Xatırladaq ki, Piriyev Samir 2023-cü il, 22 iyunda saxlanılıb. Ölkədə geniş həbs dalğasının gerçəkləşməsi öz günahsız qurbanları sırasında Samir Piriyevi da daxil edib. Samir Piriyev yaşadığı Ceyranbatan qəsəbəsində narkomaniyaya qarşı mübarizə aparan fəallardan biri olaraq tanınır.