Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi işləyən Novruz Tağıyev barəsində cinayət işi açılıb.
Kərimlinin mayın 21-də "Facebook" hesabında verdiyi məlumatda bildirilir ki, Tağıyevə qarşı Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham irəli sürülüb.
"Dünəndən oğurladıqları Novruz bəy barəsində artıq həbs qətimkan tədbiri seçib, göndəriblər Kürdəxanı təcridxanasına. Novruz bəy əqidəli cəbhəçi, dürüst, inanclı və şəxsiyyətli bir insandır. Ev alqı-satqısı işlərində vasitəçilik (maklerlik) edərək, halal qazancı ilə ailəsini saxlayırdı. Yalnız cəbhəçi olduğu, mənim yanımda olduğu üçün şərləyib həbs etdilər Novruz bəyi", - partiya sədri qeyd edib.
Digər AXCP fəalı, Ə.Kərimliyə ictimai əsaslarla sürücülük etmiş Rəşad Əliyev isə 25 sutka inzibati qaydada həbs olunub.
Bundan əvvəl, aprelin 1-də Kərimlinin ictimai əsaslarla işləyən sürücüsü Zaur Rzalı inzibati qaydada həbs olunub. Mayın 5-də isə partiya sədrini maşını ilə tədbirlərə aparmış Asam Əli və mühafizəçisi Kənan İsmayıl da 30 sutka həbs olunublar.
Onun digər mühafizəçisi Niyaməddin Əhmədov isə terroru maliyyələşdirmədə ittiham olunaraq 13 il azadlıqdan məhrum edilib. Daha bir mühafizəçisi Kənan Basqal isə martda bir şəxsi bıçaqlama ittihamı ilə həbs olunub. Onlar ittihamları qəbul etmirlər.
AXCP-nin 15-ə yaxın üzvü uzunmüddətli həbsdədir.
"İlham Əliyev öz siyasi rəqibi ilə yalnız belə üsullarla "yarışır" və ona görə də polis gücünə, şər aparatı gücünə "qalib olur". Mədəni dünyada artıq dövlət başçıları bu yolla hakimiyyətdə qalmağı özlərinə rəva görmürlər. Müasir dövrdə dövlət başçıları rəqiblərilə mədəni qaydada, azad seçkidə yarışır, xalqdan mandat alanda hakimiyyətdə qalır, xalq səs verməyəndə isə hakimiyyətdən getməkdən qorxmurlar, hakimiyyətdən beş əllə yapışmırlar", - Kərimli qeyd edib.
Əli Kərimlinin daha bir mühafizəçisi və sürücüsü həbs olunub