İŞİD terror qruplaşmasının maliyyə ehtiyatları azalıb, amma tükənməyib. Bir neçə üzv dövlətin qiymətləndirmələrinə görə, təşkilatın ehtiyatlarının ümumi həcmi bir neçə yüz milyon dollar təşkil edir.
TASS agentliyinə istinadən xəbər verilir ki, bu haqda BMT-nin Baş katibi Antonio Quttereşin İŞİD təhdidi haqqında növbəti məruzəsində deyilir.
Məruzədə bildirilir ki, İŞİD 2018-ci ilin əvvəlində karbohidrogen ehtiyatları əldə etmək qabiliyyətini itirsə də, təşkilata qarşı hərbi əməliyyatların intensivliyinin azalması ona Suriyanın şərq hissəsində bəzi neft yataqlarına girişi bərpa etməyə imkan verib.
“Nəticədə, neft əvvəlki kimi qruplaşma üçün gəlir mənbəyidir. Neftin çıxarılmasında primitiv üsullar tətbiq edilir. Ondan həm şəxsi istehlak, həm də yerli səviyyədə satış üçün istifadə edilir”, - Quterreş qeyd edir.
O əlavə edib ki, tamamilə və ya qismən nəzarət edilən rayonlarda vergilərin toplanması, həmçinin xərac alınması məqsədiylə yerli sahibkarların oğurlanması İŞİD-in digər gəlir mənbələridir.
Quterreşin sözlərinə görə, İŞİD regionda müxtəlif layihələrə sərmayə qoyub, tikinti şirkətləri, valyutadəyişmə məntəqələri, kənd təsərrüfatı, balıq vətəgəsi, mülk sahəsi və mehmanxanalar daxil olmaqla, müxtəlif müəssisələrdə möhkəmlənib.
“Qorxular var ki, İŞİD şəbəkələri və maliyyə yardımçıları öz fəaliyyətini qonşu ölkələrə köçürə bilərlər”, - BMT-nin başçısı bildirib.
İŞİD-in gəlir sahələri və büdcəsi açıqlandı

Oxşar xəbərlər