İŞİD terror təşkilatının sabiq rəhbəri Əbu Bəkr Bağdadinin 4 oğlundan kiçik Rusiya HKQ-nin Suriyada reydi zamanı məhv edilib. Bu barədə «Al-Arabiya» xəbər verib.
Telekanal bunu «Həşd əl-Şabi»nin komandiri Cabbar əl-Müəmmara istinadla bildirib. O, iddia edir ki, Bağdadinin kiçik oğlu Rusiya qırıcılarının Suriyada aviazərbələri nəticəsində ölüb, lakin əlavə detallar verilməyib.
Telekanalın məlumatına görə, əməliyyat sentyabrın 22-də olub.
Rusiya tərəfi bu məlumatı rəsmi şəkildə təsdiqləməyib.
Qeyd edək ki, iyulun əvvəllərində İraq kəşfiyyatı Suriyada terrorçunun böyük oğlu Hudeyf əl-Bədrinin məhvi barədə elan etmişdi.
Yeri gəlmişkən, İŞİD liderinin özü barədə müxtəlif məlumatlar verilir. Bir versiyaya görə o, öldürülüb, digər versiyada isə onun yaşadığını, lakin terror təşkilatı üzərində nəzarəti itirdiyi bildirilir. Bundan başqa onun ağciyər xərçənginin ağır formasından əziyyət çəkdiyi, həmçinin ağır yaralanma nəticəsində yataq xəstəsinə çevrildiyi bildirilir.
Bağdadinin kiçik oğlu məhv edilib

Oxşar xəbərlər