İranın Azərbaycandakı səfiri Avropa Parlamentinin Sepah-la bağlı qərarına münasibət bildirib

 “Əgər İran İslam İnqilabı Keşikçilər Ordusu olmasaydı avropalılar 2023-cü ilin yanvarında öz küçələrində cəsədləri toplayardılar.”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi tvitter səhifəsində yazıb.

O, Avropa Parlamentinin İslam İnqilabı Keşikçilər Ordusunu “terror təşkilatları” siyahısına salmasına belə münasibət bildirib:

“Terror təşkilatları 2004-2017 -ci illər ərzində, xüsusilə də 2015-2017 illərdə İraq və Suriyanın geniş ərazilərini nəzarətə götürmüş, buradan başlayaraq Avropanın cənubundan şimalında qədər çoxsaylı hücumlar planlaşım və həyata keçirmişlər. Əgər İran İslam İnqilabı Keşikçilər Ordusu olmasaydı avropalılar 2023-cü ilin yanvarında öz küçələrində cəsədləri toplayardılar.”