İki iqtisadi hegemon

Dünyada dəhlizlər uğrunda gedən qızğın mübahisə və müharibələr genişlənməkdə davam edir. Müharibələrin iştirakçılarını üç hissəyə bölməklə məsələni aydınlaşdırmaq olar.

Birinci qrup iştirakçılar layihə rəhbərləri, ikinci qrup iştirakçılar layihəni öz dövlət maraqlarına uyğun formalaşdıran dövlətlər, üçüncü qrup iştirakçıları ikinci qrupla birinci qrupun piyadalarıdır. Azərbaycan və Ermənistan dövlətləri də piyada qrupuna daxildir.

İki dövlət - Çin və Hindistanın təqdim etdiyi iki iqtisadi nəqliyyat yolu var və dünya bu dəhlizlər uğrunda müharibə aparır.

Hindistan "Şimal-Cənub dəhlizi"ini, Çin isə “Bir kəmər, bir yol”, “Vahid Çin” və "Yeni İpək Yolunu" layihəsini təqdim edir.

Qafqaz regionunda Hindistan Ermənistanı seçib, Çin isə Azərbaycanı. Çinin təqdim etdiyi dəhlizdə Azərbaycan "piyadası"nın yanında Çin, Rusiya, Türkiyə və İsrail var. Ermənistanın yanında isə Hindistan, İran, Fransa, Amerika. Azərbaycanı Rusiya və Türkiyə silahlandırır, Ermənistanı isə Hindistan və Fransa. Məsələnin nə qədər qarışıq və mühüm olduğunu aydınlaşdırmaq üçün təqdim etdiyim nüanslara diqqət etsəz görərsiz ki, iki müttəfiq ölkə olan Rusiya və İran bu məsələdə toqquşur. Avropa və İran isə müəyyən mənada birgə görünür.

Fransa dövlət nümayəndələri də bu haqda bildirmişdilər ki: "İran və Fransa arasında mühüm çatlar var, amma Qafqazla bağlı bir çox ortaq hədəfləri mövcuddur".

Müharibə iki ölkə Azərbaycan və Ermənistan arasında real görünür. Ola bilər müharibəsiz də məsələ həll olsun.

Azərbaycanın "Zəngəzur" dəhlizi ilə bağlı iddiaları və bu dəhlizin açılması ilə əlaqədar çabaları Hindistanın layihəsi olan "Şimal-Cənub nəqliyyat dəhlizi"nə ümüdün olmaması ilə əlaqədardır. Azərbaycan regionda Çin dövlətini seçdi və bu yolla regionda toqquşmanı reallaşdırdı.

Zəngəzur dəhlizi məsələsi alınmadı. İndi Azərbaycan digər variantlarla yenidən Hindistanın təqdim etdiyi marşurut xətti üçün maneələr yaradır. Bütün tələbləri İranın maraqlarına zidd görünən bu iş ilə sanki Azərbaycan İran üçün maneə əmələ gətirir. Bu isə İran mediasının dediyinə əsasən İsrailin diktəsi ilə baş verən hadisələrdir ki, Azərbaycan bu nöqtədə İsrailin marionetidir.

İndi əsas diqqətlər Qafqazdadır. Müharibənin olacağı ilə əlaqədar heç nə demək olmasa da son silahlanmaya əsasən deyə bilərik ki, nəsə olacaq. Həm də yaxın aylarda.

 

Apokalipsis