Hollandiyada polisin himayəsi altında Qurani-Kərim yandırılıb

İslam düşmənlərinin Qurani-Kərimə qarşı alçaq hücumları sonsuzdur.

Hollandiyada irqçi və ifrat sağçı Vətənpərvər Avropalılar Qərbin İslamlaşmasına Qarşı (PEGIDA) hərəkatının lideri Edvin Vaqensveldin Qurani-Kərimə planlaşdırdığı hücuma polislə müdaxilə edən qrup arasında dava düşüb.

Polisdən verilən yazılı açıqlamada, Arnhem şəhərində PEGIDA-nın bələdiyyədən icazə aldığı Quran yandırma aksiyasına qarşı bir qrup nümayiş etdirdiyi bildirilib. Açıqlamada sözügedən qruplaşmanın Qurani-Kərimə hücuma müdaxilə etmək istədiyi bildirilib.

Açıqlamada PEGIDA-nın şousunun qrup üzvləri ilə polis arasında baş verən davaya görə sona çatdığı, 3 nəfərin polisin təlimatına tabe olmadıqları səbəbilə nəzarətə alındığı, 3 polisin isə yüngül yaralandığı bildirilib.

PEGİDA liderinin də polis tərəfindən himayə altına alındığı qeyd edilib.

Mərakeş əsilli Arnhem Bələdiyyə Başçısı Əhməd Markuç verdiyi açıqlamada Hollandiyada müqəddəs kitabın yandırılmasının qadağan olunmadığını bildirib.

Markuç belə bir hərəkətin insanlara təsir etməsinin başa düşülən olduğunu bildirib və zorakılığa əl atmağın qəbuledilməz olduğunu deyib.

Hollandiyada ictimai asayişin pozulması gözlənilən hallarda bələdiyyə sədrlərinin nümayişləri qadağan etmək hüququ var.

Ekvivalent Partiya Arnhem Bələdiyyə Məclisinin üzvü Yıldırım Usta mətbuata açıqlamasında PEGIDA-nın Qurani-Kərimə hücum etməsinə icazə verdiyinə görə Markuçi tənqid edib.