Hindistanda 25 min mədrəsə qapadılacaq

Hindistanın Uttar-Pradeş ştatının Ali məhkəməsi müsəlman mədrəsələrinin qapadılmasına dair qərar qəbul edib.

Qərara əsasən, mədrəsələrdə oxuyan bütün müsəlman şagirdlər dövlət məktəblərinə köçürülməlidir.

Bu isə, öz növbəsində, 2,7 milyon müsəlman şagirdin təhsil aldığı 25 min mədrəsənin qapadılması deməkdir.

Qeyd edək ki, adıçəkilən ştat Hindistanın ən çox əhalisi olan ştatıdır – 241 milyon nəfərdə çox əhalisi var. Və ştat sakinlərinin təxminən 20 faizini isə müsəlmanlar təşkil edir.

 

Az.shafaqna.com