Həbsdə olan ictimai fəal, I qrup əlil Famil Xəlilov 27 gündür aclıq edir. O “qanunsuz həbsinə” etiraz edir.
Famil Xəlilovun həyat yoldaşı Kiçikxanım Xəlilova onunla görüşdən sonra sentyabrın 10-da Amerikanın Səsinə deyib ki, həyat yoldaşı aclığı sonadək davam etdirəcəyini bildirib
“Artıq aclıq özünü hiss etdirir. O özünü pis hiss etməyə başlayıb. Baş ağrıları başlayıb. Dünən ondan qan analizi götürüblər”, o qeyd edib.
Xəlilovanın sözlərinə görə, qolları iflic olan həyat yoldaşına kömək etməyi bir məhbus könüllü olaraq üzərinə götürüb.
“Famil yalnız su və ağırkəsici dərmanlar qəbul edir”, o qeyd edib.
Kiçikxanım Xəlilova deyib ki, 27 gündür aclıq edən həyat yoladşının etirazına hər hansı rəsmi qurum reaksitya vermir.
Famil Xəlilov əvvəllər həyatı ilə bağlı təhlükə hiss etdiyindən 2015-ci ildə İsveçə mühacirət etməyə məcbur olduğunu bildirib, 8 ilə yaxın həyat yoldaşı və uşaqları ilə orada yaşayıb və 2023-cü ildə Azərbaycana readmissiya olunub.
Bu il mayın 2-də saxlanılan Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Fəal barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Yaxınları onun təqsirsiz olduğunu, sosial şəbəkələrdəki paylaşımlarına görə cəzalandırıldığını deyirlər.
Fəalın həyat yoldaşı Kiçikxanım Xəlilova bildirib ki, Xəlilov sosial şəbəkələrdə aktiv olduğu, insanların haqqını tələb etdiyi üçün həbs olunub.
Dövlət rəsmiləri isə bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.
Avqustun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Xəlilovun cinayət işi işi üzrə hazırlıq iclası başlayıb. Məhkəmə iclası sentybarın 12-də davam etdiriləcək.
Məhkəmədə qolları serebral iflic olan Famil Xəlilov əlləri parça ilə arxadan bağlı şəkildə iştirak edir. Çünki, onun qolları o qədər bərk əsir ki, ayaq üstə müvazinətini saxlaya bilmir.
Həbsdə olan I qrup əlil Famil Xəlilov 27 gündür aclıq edir