Hakimiyyətin son hazırlığı : AŞURA (9-cu hissə)

İslam dini iki məzhəb – sünnü və şiə məzhəblərinə bölünən iki xətt üzərində genişlənir. Sünnü məzhəbi dörd qol- Şafei, Hənbəli, Hənəfi və Maliki, şiəlik isə Cəfəri olaraq dünyada əqidə məktəbini tərəfdarları arasında bölüşür. Yəni İslam beş məzhəbin düşüncələri arasında fəaliyyətdədir. Bu məzhəblər biri digərinin fikir və düşüncələrinə hörmətlə yanaşaraq fərqli fikirlərə malik olduğu məsələlərdə digər məzhəbin baxışlarını gözləyir. Şübhəsiz, bu birlik zamanla müxtəlif siyasətbazlarını oyununa çəkilərək müharibə həddinə qədər gələn gərginlik yaşayıb ki, bu özü ayrıca bir yazının mövzusudur. Lakin hadisələr incələndikcə bu ziddiyyətlər aradan qalxaraq bu gün Azərbaycanda olduğu kimi dünyanın hər yerində sünnü və şiə qardaş olaraq eyni dini rahatlıqla paylaşa bilir. 
Əlbəttə bir zamanlar bu iki qardaş məzhəb arasında düşmənçilki alovlarını alışdıranlar bu gün də bu məsələdə bütün gücləri ilə İslamın parçalanması üçün durmadan çalışırlar. Lakin sünnü-şiə arasında yüz illərdir elmi disskusiya bu gün bir çox problemləri önləyib ki, bunun da başlıca səbəbi bu məzhəblərin qarşı-qarşıya qoyulma imkanının sıfra endirilməsidir. Heç təsadüfi deyildir ki, XX əsrin sonu XXI əsrin əvvəlindən İslam adına terror ləkəsi vurmağa çalışanlar, bu məsələdə  tam fərqli əməli çəkinmədən icra edirlər. Bununla da İslamın bəşərin xilasında ən mükəmmək konsepsiyaya malik əqidə məktəbində vahimə və dəhşət formalaşdırmaqdadır. Bu addım onlara görə zamanla sosializm, kapitalizm, nasianalizm və sair məktəblərin tənəzzülə uğradığı halda İslamın bütün əks cəhdlərə baxmayaraq mövcudluğu və bu gün milyard yarımı ötən tərəfdarına malik aktiv həyat tərzini əhatə edən bir sistemə malik olması önləyici cəhd olaraq icra edilən məkrli plandır. Əlbəttə, bunu təkcə Qərbin formalaşdırdığı təkfirçi cərəyanın dünyada İslam adı altında formalaşdırdığı terror oyunu ilə yekunlaşdırmaq da düzgün olmazdı.
2023-cü ilin gəlişi ilə Danimarka, İsveçdə Quranın yandırılması da həmən fitnə törədən tərəflərin İslam dünyasında qıcıq yaradıb müsəlmanları xristianların canına salmaq kimi İslamı dağıdıcı bir din kimi göstərmək üçün planlı olaraq törədilirdi.
Bu da qeyd edilməlidir ki, İslamafob planlar ixtişaşın qızışdırlması üçün yalnız İslamın simasını eybəcərləşdirib dünyaya təqdim etməklə həqiqi İslamın təsirlərinin dünyaya verəcəyi töhfələri minimum həddə endirməyin yeganə yoludur. Ona görə də XX əsr İslamın qorxulu sima aması üçün Qərbin ideal modeli olan təkfirçilik siyasi baxışı hazırlanıb İslam adı ilə dünyaya təqdim edilməyə çalışıldı. Bu düşüncə güya İslam ideyaları kimi pak fikirləri qabartmağa çalışsa da, əslində Qərbin İslam simasına vurmaq istədiyi planlı zərbə idi. Medianın gücü, maddi dəstək və siyasi idarəçilik güya İslam adlı bu qruplaşmanı dünyaya həqiqi din gətirmək kimi idealar təbliğçisi kimi təqdim etsə də, əslində arxasında gizlənən məkr çox keçməyəcəkdi ki, bütün dünyada özünün kimliyini aşkar nümayiş etdirəcəkdi. 
Sizlər bu qruplaşmaları müxtəlif adlarla tanıyırsız, Əl-Qaidə, Nusra, İŞİD və sair! Onlar hədəflərini dünyada İslamı hakim etmək kimi sözü gözəl fikirlərlə bəzəsələr də, zaman keçdikcə onların elə anti-islam düşüncəsi layihəsinin icrasına qalxdığı bəlli oldu. Unutmaq olmaz ki, belə təşkilatların başqa bir maraqları isə bu gün insanlıq naminə fəaliyyət göstərən, həqiqətən də dəyərlərin müdafiəsində olan qiymətli dini təşkilatların varlığına şübhə yaratmaqdır. Onların İslam adına ümumiləşdirilmiş irtica addımları mövcud olan həqiqi dini təşkilatlarını da beyinlərdə eyniləşdirərək “İslam adı altındadırsa təhlükəlidir” düşüncəsini cəmiyyətə hakim etsin. 
Onların maraqlarının insanlıq, İslam olmaması üçün isə kiçik diqqət yetərlidir ki, bu cərəyanın məqsədi aydınlansın. Təsəvvür edək ki, Quran təhqirindən dinin bir çox müqəddəs dəyərlərinə qədər aşağılandığı, neçə-neçə on illiklərlə öz məzhəbləri, sünnü qardaşları Fələstində öldürüldüyü halda hələ siz bir təkfirçi qruplaşması tapa bilməzsiz ki, İslam təhqir olunanda etiraz səsini ucaltsın və ya Fələstinin qanlı müsibətində onların matəmini bölüşsünlər. Təkfirçilər yalnız və yalnız sünnü və şiələrin yaşadığı ərazilərə gəlir, orada müsəlmanları amansızlıqla öldürür, məscidləri uçurur, aşkar qətliamlar törədir. Onlar üçün sünnü və ya şiə fərqi qətiyyətlə yoxdur. Bunun üçün Suriya, İran, İraq, Əfqanıstan və sair onlarca müsəlman ölkələrinin sünnü və şiələrinin onlar tərəfindən qətlinə baxsanız dediklərimizi təsdiqləyəcəksiz. 
Bu qruplaşma Qərbin maraq və dəstəyi, sionizmin idarəçiliyi altında İslam dünyasını xausa çevirmək, onun həqiqi dəyərlərini dünyaya çatmasına maniə olaraq İslamı ləkələmək üçün yaradılan qara yaradır. Onlar haqqında yalnız bunu demək yetərlidir ki, təkfirçilər ancaq müsəlman, İslam dini tərəfdarlarını qətlə yetirib bu ərazilərdə geniş terror dalğaları icra edir. Onlar ilk öncə gəldiyi cəmiyyətdə həqiqi İslam barəsində şübhələrin yaradılması istiqamətində fəaliyyətə keçir. Əgər bu effektiv olarsa layihə genişlənərək xalqı yalnış xəttə çəkməkdə davam edəcəklər. Əgər bu fikir və təbliğat yolu ilə alınmazsa təkfirçilik ikinci, terror planını işə salacaq ki, bu gün qeyd olunan bəladan yetərincə müsəlmanlar əziyyət çəkməkdədir.
İncə məsələ bu təbliğ yolunda olan maniələrin aradan qaldırılmasıdır. Ərazi və məzhəbi baxışlara görə maniələr də fərqli ola bilir. Yəqin hər kəs bir neçə il öncə həmən təkfirçilərin Suriyada Xanım Zeynəbin (s.ə.) məzarının uçurdulacağı ilə bağlı verdikləri fətvanı xatırlayır və ya İraqda İmamların hərəminə terror hücumu bu maniələrin aradan qaldırılma metodları sırasındadır. Xalqı dəyərlərindən döndərə bilməyən təkfirçilik növbəti addım olaraq terrora əl atacağı şübhəsizdir.
Azərbaycanda isə bu məsələ dəyişməyən xətt üzərindədir.  

9-cu hissənin sonu