Fərid İsmayılov və Elmir Abbasov polis nəzarətinə verilməklə sərbəst buraxılıb

“Toplum Tv” işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilənlərdən-Fərid İsmayılov və Elmir Abbasov sərbəst buraxılıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, istintaq orqanı tərəfindən belə qərar qəbul edilib. Təqsirləndirilən şəxslər haqda “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

F.İsmayılov və E.Abbasov sərbəst buraxılıblar.

Qeyd edək ki, “Toplum Tv” işi üzrə saytın təsisçisi Ələsgər Məmmədli və başqa bir neçə əməkdaşı saxlanılıb. Təqsirləndirilən şəxslərin hər biri qaçaqmalçılıqda ittiham edilirlər.