19 September 2026

ABŞ İrana qarşı hərbi əməliyyata 45,1 milyard dollar xərcləyib

CNN xəbər verir ki, bu, Pentaqonun Konqresə təqdim etdiyi hesabatda ABŞ-ın müharibə  xərci “3 sentyabr tarixinə olan məlumata görə, xərclər 43,6 milyard dollar, üstəgəl yanacaq üçün əlavə 1,5 milyard dollar təşkil edib".

Bu qiymətləndirmə natamamdır, çünki ora regionda zədələnmiş bazaların təmiri xərcləri daxil deyil; hərbi əməliyyatların dolayı xərcləri barədə də ətraflı məlumat yoxdur. Halbuki Konqres üzvləri əvvəlcədən bu cür xərclərin də hesabata daxil edilməsini istəmişdilər.

İngiltərə Premyer Liqası: "Çelsi" ardıcıl üçüncü oyunda xal itirdi

"Çelsi" İngiltərə Premyer Liqasının 5-ci turunun səfər oyununda "Brentford"a məğlub olub.

Qarşılaşma "arılar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolların üçü də ikinci hissədə vurulub. 61-ci dəqiqədə "Brentford"un hücumçusu Ceydon Entoni hesabı açıb. 83-cü dəqiqədə meydan sahiblərinin forvardı İqor Tyaqo komandasının üstünlüyünü iki topa çatdırıb. Matçda son nöqtəni 90+4-cü dəqiqədə "Brentford"un yarımmüdafiəçisi Fabiu Karvalyu qoyub.

İrlandiya Qəzzadakı humanitar böhran səbəbindən "Eurovision 2027"-də iştirak etməyəcək

“Asharq Al-Awsat” nəşrinin məlumatına görə, İrlandiyanın ictimai yayımçısı RTÉ müsabiqəni yayımlamayacağını açıqlayıb. Beləliklə, İrlandiya ardıcıl ikinci il "Eurovision"da iştirak etməyəcək.

Açıqlamada bildirilib ki, Qəzzada davam edən insan tələfatı və çoxsaylı mülki şəxslərin həyatını təhlükə altına atan humanitar böhran səbəbindən İrlandiya nə "Eurovision 2027" Mahnı Müsabiqəsində iştirak edəcək, nə də tədbiri RTÉ-də yayımlayacaq.

Şərqi Suriyada partlayış

Suriyanın "Əl-Əxbariyə" telekanalının müxbiri Deyr-əz-Zorun qərb ətrafındakı Əyyaş bölgəsində partlayış baş verdiyini bildirib. Hadisənin xarakterini müəyyən etmək məqsədilə araşdırmaların aparıldığı qeyd olunub.

Partlayışın baş verdiyi əraziyə təcili yardım və mülki müdafiə qruplarının göndərildiyi bildirilib.

Pakistanda məscid yaxınlığında terror aktında ölənlərin sayı 31-ə çatıb (yenilənib)

Pakistanın şimal-qərbində yerləşən Kohat şəhərində məscid yaxınlığında baş verən terror aktı nəticəsində azı 31 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.

Ölənlər arasında 16 polis əməkdaşı da var.

Məlumata görə, hadisə Xeybər-Paxtunxva əyalətində “Police Lines” kompleksinin ərazisində yerləşən məscidin yaxınlığında baş verib. İntiharçı terrorçu partlayış törədib.