07 June 2025

İsrail hərbi qüvvələrinin itkisinin sayı 866-ya çatıb

İsrail hərbi mediası Qəzza zolağına hücum başlayandan (15 oktyabr 2023-cü il) bu yana 866 İsrail hərbçisinin öldürüldüyünü açıqlayıb.

Bu hesabata görə, Qəzzəyə qarşı hücumların 18 mart 2025-ci ildə yenidən başlanmasından bu yana 18 əsgər və yerləşimçi öldürülüb, onlardan 8-i son bir həftə ərzində öldürülüb.

Rusiya Silahlı Qüvvələri Donetsk vilayətində yaşayış məntəqəsini nəzarətə götürdü

Rusiya Silahlı Qüvvələri Donetsk vilayətində yaşayış məntəqəsini nəzarət altına alıb.

TASS-ın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verilib.

Məlumata görə, Rusiya qoşunları Donetsk vilayətinin Fyodorovka yaşayış məntəqəsini nəzarətə götürüb.

BRİKS üzvləri qeyri-qanuni sanksiyalara qarşı nizamnamə hazırlamalıdırlar

Qalibaf: BRİKS üzvləri qeyri-qanuni sanksiyalara qarşı nizamnamə hazırlamalıdırlar

İran parlamentinin sədri birtərəfli sanksiyaların insanların güzəranına, iqtisadi ədalətə və beynəlxalq sülhə təsir etdiyini bildirib və deyib ki, BRİKS-ə üzv ölkələrin parlamentləri birtərəfli qeyri-qanuni sanksiyalar da daxil olmaqla, ayrı-seçkilik yaradan iqtisadi siyasətlərə qarşı ortaq nizamnamə hazırlamalıdırlar.

80 min nəfər Əl-Əqsa məscidində bayram namazı qılıb

İsrail rejiminin sərt təhlükəsizlik tədbirləri və sıx məhdudiyyətlərə baxmayaraq minlərlə fələstinli Qurban bayramı namazını Əqsa məscidinin həyətində qılıb.

Bu cümə səhəri on minlərlə fələstinli sionist rejimin həyata keçirdiyi sərt təhlükəsizlik tədbirlərinə baxmayaraq, Məscidül-Əqsada Qurban bayramı namazını qılıb.

Gürcüstanın Baş naziri Qurban bayramı ilə əlaqədar Tbilisi Cümə məscidini ziyarət etdi

Gürcüstanın Baş naziri İrakli Kobaxidze iyunun 6-da Qurban bayramı ilə əlaqədar Tbilisi Cümə məscidini ziyarət edib.

Məlumata əsasən, İrakli Kobaxidze bayram münasibətilə ölkə müsəlmanlarını təbrik edib. Hökumət başçısı deyib ki, Gürcüstanda yaşayan müxtəlif etnik və dini mənsubiyyətə məxsus insanlar birgə dinc şəraitdə yaşayıblar. Bildirib ki, Gürcüstanın müsəlman icması ölkənin qurulması və inkişafına mühüm töhfə verir.

Norveç millisi İtaliyanı darmadağın edib

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçirilib.

3 qrupda III turun 6 qarşılaşması təşkil olunub.

Günün oyunu Norveçdə baş tutub. Yerli komanda İtaliyanı qəbul edib. Qonaqlar seçmə mərhələnin debüt matçında ağır məğlubiyyətə uğrayıblar. Vikinqlər ilk hissədə 3 cavabsız qol vurublar və bu, nəticəni sonadək qoruyublar.